Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fidan və Məmlük görüşü: Suriya-Liviya və “Türk Axını” layihəsi...

Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla suriyalı həmkarı Əli Məmlükün Moskvadakı görüşü hər kəsə maraqlı gəlir...

Mayis Əlizadə

“The Independent” qəzeti, 15 yanvar 2020-ci il

Bu xəbəri elan edən Suriya Ərəb Xəbər Agentliyi (SANA) bildirir ki, Fidan və Məmlük görüşündə İdlibdə baş verən köç dalğası, atəşkəs və ölkənin şimalına yerləşən kürdlərlə bağ iş birliyi etmək məsələsi müzakirə edilib.

Agentlik, həmçinin qeyd edir: “Əli Məmlük Türkiyədən Suriyanın hegemoniyasını, azadlığını və ərazi bütövlüyünü tam olaraq tanımasını və ölkənin şimalından geri çəkilməsini istəyib”.

Fidan və Məmlükün görüşü hər nə qədər Liviya gündəmindən geri qalsa da, bəzi qaynaqlara görə, Moskva həm Liviyadakı atəşkəslə bağlı görüşü, həm də kəşfiyyat rəhbərlərinin görüşünü eyni vaxta salaraq bir nəticə əldə etməyə çalışır.

Bu görüş “Görəsən, Ankara Suriya siyasətində radikal bir dəyişiklik edəcəkmi”, sualını meydana çıxarır.

Görüşdən sonra Milli Təhlükəsizlik naziri Hulusi Akar “Hakan Fidanın Suriya kəşfiyyat naziri ilə görüşdüyü bildirilir, buna nə deyəcəksiniz” sualına: “Türkiyə öz coğrafi mövqeyinə görə həm beynəlxalq arenada, həm də ölkənin maraqlarını təmin etmək üçün bölgədə sülhün təmin olunmasına çalışır”, cavabını verib. Bu cavab Ankaranın əvvəlki qədər sərt olmayacağını göstərir.

Rusiya üçün isə vəziyyət aydın idi. Bu proses barədə danışan rus mütəxəssislərinə görə, bu görüşlər Moskva üçün çox normaldır. Çünki 2018-in sentyabrında Soçi görüşündən etibarən Moskvanın əlində tutduğu ən böyük “kozır” Dəməşqlə birbaşa dialoqa girmək arqumenti idi. Xüsusilə, “Sülh Çeşməsi Hərəkatı”nın başa çatması ilə bu, lap dəqiq şəkildə vurğulanıb.

Moskvadan aldığım məlumata görə, Rusiya bu görüşdən və görüşün yaradacağı təsirdən olduqca məmnundur.

Kəşfiyyat rəhbərlərinin görüşündəki digər bir detal isə bu görüşün 8 yanvarda İstanbulda Ərdoğan və Putinin iştirakı ilə keçirilən “Türk Axını” layihəsinin ikinci mərhələsinin açılışından bir neçə gün sonra baş tutmasıdır.

Vladimir Putinin 7 yanvarda Dəməşqdə Bəşər Əsəddən Suriya və İdlibdəki vəziyyətlə bağlı əhatəli məlumatlar alması bu məsələdəki güclü mövqeyini daha da gücləndirərək onun İstanbula gəlməsinə səbəb olub.

İstanbuldakı açılış mərasimində etdiyi çıxış zamanı prezident Ərdoğanın nə Suriya, nə də Liviya məsələlərinə toxunmadan, İraqdakı vəziyyəti gündəmə gətirməsi də maraq doğurur.

16 sentyabr 2018-dəki Soçi görüşündən bu günə Rusiya İdlibi radikal qüvvələrdən təmizlənməsini istəyirdi. Hətta bunun üçün 2018-ci il oktyabr ayının ortasına qədər Türkiyəyə vaxt da vermişdi. Müddətə əməl edilmədikdə isə Rusiyanın dəstəklədiyi Suriya ordusu bölgədə əməliyyat başladılmış və bu zaman da Putinin yanındakı hörmətindən istifadə edən Ərdoğan bu əməliyyatın ertələnməsinə nail olmuşdu.

Bu dəfə isə Rusiya İdlib məsələsində daha sərt davranaraq geri addım atmayıb. Ola bilərmi ki, bu vəziyyətu görən prezident Ərdoğan da öz kəşfiyyat rəhbərini suriyalı həmkarı ilə üz-üzə görüşməsi üçün Moskvaya göndərib?

Deyilənə görə, Suriya kəşfiyyatı rəhbəri türk həmkarından hərbi qüvvələrin bölgədən geri çəkilməsini tələb edib. Bu istəyin əvvəl-axır tələb ediləcəyi bəlli idi və bəlkə, Hakan Fidan da bunun Moskva tərəfindən açıq şəkildə ifadə ediləcəyini bildirdi.

O zaman belə çıxır ki, Fidan suriyalı həmkarından bu sözləri eşitmək üçün onunla görüşüb? Məsələnin bu qədər bəsit olmayacağına görə, görünür Türkiyənin də bir tələbi olub. Görəsən, bu tələb Liviyada atəşkəsin əldə edilməsi ola bilərdimi?

Rusiyanın əsas strateji hədəfini nəzərə aldıqda, kəşfiyyat rəhbərlərinin görüşünün “Türk Axını” layihəsinin ikinci mərhələsinin açılış mərasimindən bir neçə gün sonra keçirilməsinin çox önəmli olduğunu qeyd etdik. Çünki Ankara ilə bağladığı təbii qaz müqavilələrində Moskvanın əsas hədəfi əvvəlcə “Cənub Axını” olub. Prezident Ərdoğanın da dediyi kimi, daha sonra Putin tərəfindən adı “Türk Axını” olaraq dəyişdirilən təbii qaz xəttinin bundan sonrakı mərhələsi Suriya vasitəsilə Aralıq dənizinə çatdırmaq olub. Bu məsələdə Rusiyanın ən böyük əngəlinin İdlibdəki radikal qüvvələr olduğu qeyd edilir.

“Şimali Axını - 2” xəttinə ABŞ-ın yaratdığı əngəllərə görə pis vəziyyətdə qalan və qazın Avropaya nəqlini aktivləşdirmək üçün davalı olduğu Ukrayna ilə yenidən ortaqlıq edən Rusiyanın Suriyada apardığı mübarizənin əsas məqsədi “Türk Axını” xəttinin bundan sonrakı mərhələlərində öz təbii qazını Aralıq dənizinə ötürərək hərbi qüvvəsini iqtisadi güclə birləşdirməkdir.

Kremlin siyasətlərini çox yaxşı başa düşən rus jurnalistlər və strateqlər deyir: “Əslində, Suriyada Moskva ilə Ankara arasında mübarizə gedir. Bunun əsas səbəbi isə Rusiyanın təbii qazını Aralıq dənizinə ötürərək, xüsusilə Qətərin Avropa bazarına girməsinə mane olmasıdır”.

“Türk Axını” layihəsinin ikinci mərhələsinin baş tutmasından bir neçə gün sonra Moskvada baş verən proseslər Rusiyanın Türkiyəyə, sanki, “bu iş indi də Cənuba doğru uzansın”, deyə təlqinlər etməsi ilə əlaqəli ola bilərmi?

MİT rəhbərinin suriyalı həmkarı ilə Moskvada görüşməsi Suriya məsələsində Ankaranın daha radikal siyasət aparmasına səbəb ola bilərmi? Moskva görüşündən, şübhəsiz, prezident Ərdoğanın xəbəri var idi və razılıq vermişdi. Elədirsə, bunu Suriya siyasətindəki radikal dəyişikliyin ilk addımı” kimi qiymətləndirmək olarmı? 

Biz bunları düşünərkən Suriya məsələsində əsas hədəfləri də, strategiyaları da, taktikaları da ortada olan Moskva çox rahat davranır və əvvəl-axır bu işin Moskvadakı görüşdə irəli sürülən tələblərə gələcəyini başa düşür.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar