Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fidan Hüseynova “Jara Kids Awards”-da “İlin Mahnısı” mükafatının qalibi olub - Foto, Video

“Vegas City Hall”da (Moskva) illik musiqi mükafatlandırma mərasimi “Jara Kids Awards” baş tutub.

“Jara Kids Awards” “Jara” beynəlxalq festivallarının təşkilatçılarından və “Jara Music Awards” illik musiqi mükafatından yeni bir istiqamətdir.

“Jara Kids Awards” nəinki mükafatdır, bu, istedadlı yeniyetmələrin özlərini tanıtmaq üçün unikal bir şans və qaliblərin təntənəli mükafatlandırılma mərasimidir. Bu, ən istedadlı və populyar ifaçıları, bloggerləri, hitmeykerləri və ən yaxşı sənətçiləri eyni səhnədə bir araya gətirən bənzərsiz musiqi hadisəsidir!

Həmin axşam səhnədə çıxış edənlər: Vanya Dmitrienko, Danya Miloxin, HENSY, Habib, Artur Babiç, ITON, Anya POKROV, Escape, Asia, Vaşa Marusya, Maxa Qoryaçeva, NATAN, GAFUR, Irina Dubtsova, Anita Çoy, Galibri & Mavik və bir çox başqaları! Aparıcılar Yuliya Baranovskaya və Konstantin Tarasyuk idi və onlara Artem Arşavin, Artur Raynis, Alina Ryabyx və Mişel Şmidova kömək edirdi.

Mərasimi “Junior Eurovision – 2018” və “Sanremo Junior – 2018” nüfuzlu yarışmalarının iştirakçısı Fidan Hüseynova bəzəyib. O, “Top Star” rəqs qrupunun müşayiəti ilə Moskvadan olan müəlliflərin bəstələdiyi “Bubble Gum” ritmik mahnısını səsləndirdi və nəticədə “İlin Mahnısı” nominasiyasında nüfuzlu mükafat qazandı.

“Əlbəttə, “Jara Kids Awards”da qırmızı xalıdan keçmək çox həyəcan verici idi, çoxlu kameralar, fotoqraflar, hər hərəkəti lentə alan operatorlar, çoxlu aparıcılar, çoxlu suallar verən müxbirlər var idi, - Fidan deyir. - “Jara Kids Awards”dan çoxlu müsbət, gözəl duyğular, yeni tanışlıqlar qazandım”.

Məşq üçün az vaxta icazə verilmişdi, yalnız bir gündə hər hərəkəti diqqətlə məşq etmək lazım idi. Tamaşaçılar tərəfindən çox isti qarşılandıq, hamı bəyəndi. Səhnədən bizimlə nə qədər insanın rəqs etdiyini gördüm, bu məni çox sevindirdi. “İlin mahnısı”ndakı qələbə isə böyük xoş sürpriz oldu.


Qeyd edək ki, mükafatın televiziya yayımı “Jara” və NTV kanallarında baş tutacaq.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar