Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib...

FHN-dən PİA.az-a bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- Ağac tezalışan oyuncaqla bəzədilməməli;

- Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

- Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- Pəncərədə dəmir barmaqlıq olmamalı;

- Məkanın iki çıxışı olmalı;

- Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- Otağın qapıları mütləq bayıra açılmalı;

- Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- Şənlikdə işıq tam söndürülməməli;

- Şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar