Xəbər verdiyimiz kimi, bu gün Quba rayonunun Tülər kənd orta məktəbində yanğın baş verib...
FHN-dən PİA.az-a daxil olan məlumata görə, Quba rayonunun Tülər kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli orta məktəb binasının dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 250 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
pia.az