Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN tibb müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirib - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, tədbirlərin keçirilməsində məqsəd müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması, o cümlədən xüsusilə gecə saatlarında təxliyə çıxışı və yolları ilə maneəsiz hərəkətin mümkünlüyünün, ilkin yanğınsöndürmə vasitələrinin, əsasən odsöndürənlərin, daxili yanğın kranlarının, stasionar yanğın nasoslarının texniki vəziyyətinin qiymətləndirilməsi, yanğın zamanı insanların həyat və sağlamlıqlarının qorunması üçün müəssisə əməkdaşlarının üzərinə düşən vəzifələrlə bağlı bilik səviyyəsinin təkmilləşdirilməsi olub.

Tədbirlər zamanı aşkar olunan çatışmazlıqlar yanğın təhlükəsizliyinə dair cavabdeh şəxslərin, həmçinin müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb, bir sıra nöqsanların dərhal aradan qaldırılması təmin edilib. Eyni zamanda, maarifləndirici söhbətlər aparılaraq texniki və tibbi heyətin yanğın təhlükəsizliyi sahəsində hüquq və vəzifələri izah olunub, qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar