Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Şirvan şəhəri üzrə işə qəbulla əlaqədar əlavə müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir

FHN-dən verilən məlumata görə, müsabiqədə Şirvan şəhərində qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 30.06.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta və ya orta-ixtisas təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

tərcümeyi-hal;

şəxsiyyət vəsiqəsi;

təhsil haqqında sənəd (attestat və s.);

hərbi bilet;

sağlamlıq haqqında arayış (Forma № 086);

Vərəm Əleyhinə Dispanserdən arayış;

Dəri-Zöhrəvi Dispanserdən arayış;

Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;

Narkoloji Dispanserdən arayış.

Sənədlər Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) 17 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək qəbul olunur.

Qeyd olunur ki, vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

pia.az


Etiket: FHN işə qəbul

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar