Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN rəhbərliyi respublikanın rayonlarında vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Cəlilabad rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək

FHN-dən verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 4 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən isə 5 oktyabr 2019-cu il tarixdə Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Masallı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Daha bir qəbul Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında keçiriləcək. Nazir müavini saat 11.00-dan Lənkəran rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Cənub Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar