Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN müharibə dövründə davranış qaydaları ilə bağlı maarifləndirmə işləri aparır

Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti dövlət orqanları ilə birlikdə dinc əhalinin müharibə dövründə etibarlı mühafizəsinin təmin edilməsi üçün tədbirləri davam etdirir.

PİA.az-ın məlumatına görə, cəbhəboyu zonada və digər yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirilmə işləri aparılıb. Sakinlərə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə həyətyanı sahələrdə yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə ilə bağlı məlumatlar verilib. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaq yaradılıb. Bundan başqa, dinc dövrdə irimiqyaslı fövqəladə hallar, müharibə dövründə isə düşmən hücumları barədə əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə-xəbərdarlıq sisteminin vəziyyəti təhlil edilib, bu məqsədlə alternativ üsullardan istifadə edilməklə müvafiq tədbirlərin görülməsi təmin olunub.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

pia.az
 


Etiket: FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar