Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in kikboksinq komandası uğurlu nəticələrə imza atıb - Foto

20-22 may 2022-ci il tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman NazirliyiAzərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

Çempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “Full contact” və “Low kick” növləri üzrə mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin kikboksinq üzrə kişilərdən ibarət altı nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə edib.

Çempionatda “Full contact” növündə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, kiçik gizir Camal Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Bundan başqa, “Full contact” növü üzrə İdman-sağlamlıq klubunun üzvləri - 71 kq çəki dərəcəsində Ayxan Həsənov, “low kick” növü üzrə isə 60 kq çəki dərəcəsində Sadiq Nəhmədli və FHN Akademiyasının kursantı, 81 kq çəki dərəcəsində İlqar Zeynallı yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

Qeyd edək ki, Camal Məmmədov ikiqat Azərbaycan çempionu, Dünya çempionatının gümüş mükafatçısıdır. O, bu ilin avqust ayında Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.

24 may 2022-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar