Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in İdman-sağlamlıq mərkəzində ilin yekunlarına həsr olunmuş tədbir keçirilib - Fotolar

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (İSM) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib...

PİA.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən Dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.

Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev 2019-cu ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in İdman-sağlamlıq mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub. Daha sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək, klubun işini yüksək qiymətləndirib, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda 2019-cu ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İSM-nin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilib. Tədbirdə, həmçinin mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar.

pia.az


Etiket: FHN tədbir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar