Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Foto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün çənlər parkında “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, təlim bu tip müəssisələrdə yanğın baş verdiyi təqdirdə zəruri davranış və hərəkətlərin məşq edilməsi, bu istiqamətdə şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Tədbirə cəlb olunmuş DYMX-nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Bakı şəhərinin Xəzər, Suraxanı, Xətai, 1 və 2 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın uğurla söndürülüb. Təlim zamanı, həmçinin FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən neft məhsulları saxlanılan çənlərdə baş verə bilən yanğınların uzaq məsafədən (təhlükəsiz ərazidən) söndürülməsi üçün yeni manitor-köpük lülələri də sınaqdan keçirilib.

Sonda DYMX-nın rəis müavinləri daxili xidmət polkovniki Rza Xudiyev və daxili xidmət polkovniki Əkbər Novruzovun iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar