Bazar ertəsi, 21 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

FHN-də BMT nümayəndə heyəti ilə görüş keçirilib

Nazirliyin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdiyi işçi görüşdə ekspertlər – Mati Raidma və Loftson Olafur öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb, təlimə hazırlıq və təlim zamanı fəaliyyətə dair tövsiyələrini diqqətə çatdırıblar...

Sentyabrın 23-26-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələləri Koordinasiya Ofisinin (UN OCHA) MDB ölkələri üzrə əlaqələndiricisi Roberto Kolancelonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin (FHN) dəstəyi ilə Bakı şəhərində keçiriləcək regional beynəlxalq təlimə hazırlıq üzrə işçi qrupun görüşü keçirilib.

FHN-dən verilən məlumata görə, işçi görüşün məqsədi 3-8 noyabr 2019-cu il tarixlərində “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda Bakı şəhərində keçiriləcək regional beynəlxalq təlimə hazırlıq üzrə tədbirlərin müəyyən olunması, bu sahədə qarşılıqlı fəaliyyətə dair məsələlərin müzakirəsindən ibarət olub.

Nazirliyin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdiyi işçi görüşdə ekspertlər – Mati Raidma və Loftson Olafur öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb, təlimə hazırlıq və təlim zamanı fəaliyyətə dair tövsiyələrini diqqətə çatdırıblar.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyev beynəlxalq regional təlimin Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu, Nazirliyin əməkdaşlarının planlaşdırılan təlimdə iştirakının onların irimiqyaslı fəlakətlər zamanı fəaliyyət sahəsində təcrübələrinin daha da artırılmasında, həmçinin Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin idarə heyətinin beynəlxalq İNSARAG sinifləndirilməsinə hazırlanmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb, təlimin hazırlanması və keçirilməsi ilə bağlı dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Tədbirin gedişində qurumların əməkdaşlarına təlimə hazırlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

FHN-in Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi polkovnik-leytenant Rəşad Qasımzadə təlimdə xarici ölkələrdən olan ekspertlərin və komandaların iştirak edəcəyini qeyd edərək, təlimin təcrübə mübadiləsi və əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradacağını bildirib.

Səfər çərçivəsində ekspertlər Nazirliyin Akademiyasının rəisi general-mayor Baba Salayev ilə görüşüblər. Qonaqları salamlayan general-mayor Baba Salayev Akademiyanın fəaliyyəti və imkanları barədə qonaqlara məlumat verib, təlimin keçirilməsi üçün Akademiyada münbit şəraitin olduğunu diqqətə çatdırıb.

Qonaqlar Akademiyanın ərazisi və maddi-texniki bazası ilə tanış olub, təlim zamanı auditoriya otaqlarından istifadə olunması və maddi-texniki təminat məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: FHN

loading...

Ən çox oxunanalar