Bazar, 17 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

FHN Akademiyasında Anım Günü tədbiri keçirilib - Foto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan Anım Günü tədbiri keçirilib.

PİA.az xəbər verir ki, tədbirdə akademiyanın rəisi, general-mayor Baba Salayev, Suraxanı rayon İH başçısı Əziz Əzizov, şəhid valideynləri, qazilər və rayon ictimiyyətinin nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, general-mayor Baba Salayev 44 günlük Vətən müharibəsi ilə bağlı çıxış edib.

B. Salayev qeyd edib ki, haqq və şərəf işimiz olan, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib, bir yumruq kimi birləşərək böyük zəfər əldə edib.

B.Salayev bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Qeyd olunub ki, qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib.

General çıxışının sonunda şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.

Tədbirdə daha sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük şərəf davasından danışıb. O, həmçinin müharibədən sonra dövlət tərəfindən şəhid ailələrinə və qazilərə qayğı barədə məlumat verib.

İcra başçısı bildirib ki, Suraxanı rayonunda Şəhidlər xiyabanı yaradılıb: "Suraxanı rayonu Vətən müharibəsində 54 şəhid verib və hələ də bir itkini var. Həmin şəhid ailələri dövlət tərəfindən qayğıdan kənar qalmayıb. Onlar mənzillə təmin olunub. Qazilər də qayğıdan kənar deyillər. Onların da yaşayış şəraitinə köməklik göstərilir".

Tədbirdə şəhid Səbuhi Əsədovanın anası Cahan Əsədova, şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, əməkdar artist Ağalar Bayramov, ehtiyatda olan polkovnik-leytenat, Qarabağ qazisi Elmar Hüseynov, Suraxanı rayon Şəhid Anaları Cəmiyyətinin sədri Nəsibə Əliyeva çıxış ediblər.

Onlar çıxışlarında 44 gün davam edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. Bildirilib ki, Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək gücünü, əzmkarlığını, vətənpərvərliyini və Qələbə əzmini bütün dünyaya göstərib və tarixi ədaləti bərpa edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı

"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur Baxşəliyev

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən şərh

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Elxan Məmmədov - Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi...

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Şəmkirdə qatarın vurub öldürdüyü şəxsin kimliyi məlum olub - Yenilənib

Futbol matçında insident: Qapıçı buraxılan qola görə komanda yoldaşını döyüb  

Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə çoxtərəfli təlimlər keçiriləcək

Ən çox oxunanalar