Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalı Türkiyədə taksi sürücüsü tərəfindən qarət edildi - Təfərrüat

Millət vəkili Fəzail Ağamalı Türkiyənin İstanbul şəhərində qızı və nəvəsi ilə birgə mindiyi taksinin sürücüsü tərəfindən qarət edilib...

Yeniavaz.com Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, deputatın pulqabından 2 min lirə (504 manat) oğurlayan taksi sürücüsü polis tərəfindən saxlanılıb.

Xəbərdə bildirilir ki, taksidən düşdükdən sonra şübhələnərək pulqabına baxan F. Ağamalı qarət olunduğunu başa düşüb və dərhal polisə müraciət edib. O polisə verdiyi izahatda hadisəni belə təsvir edib: “Sürücü avtomobili işə salmadan məndən 25 lirə istədi. Tıxac olduğu üçün başqa taksi tapa bilməyəcəyimi fikirləşdim və pulu vermək üçün pulqabını çıxartdım. Pulu verən zaman sürücü əlimdəki bütün pulu aldı. Səbəbini soruşduqda isə 25 lirə götürəcəyini dedi. Mən pulumu dərhal sürücüdən aldım və şübhələndiyim üçün Beşiktaşa çatmamış taksidən endim”.

F. Ağamalının şikayəti əsasında saxlanılan sürücü dərhal məhkəməyə çıxarılıb və həbs edilib. Sürücü Selami T. məhkəmədə, deputatın pulunu oğurlamadığını iddia edib və bildirib: “Mənə Beşiktaşa getmək üçün 25 lirə təklif etdi. Mən də miqdarın az olduğunu dedim və onlar taksidən endilər. Bir müddətdən sonra avtomobilin qabaq oturacağının altından bir miqdar pul tapdım və sonradan özlərinə təqdim etdim”.

Qeyd edək ki, prokurorluq taksi sürücüsünün 10 ilə qədər həbsini tələb edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar