Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalı: "MSK-ya təşəkkür edirəm"

Fəzail Ağamalıdan 11 seçki məntəqəsində nəticələrin ləğv edilməsi ilə bağlı açıqlama...

60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə lider namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsinə münasibət bildirib.

F.Ağamalı Pravda.az-a açıqlamasında deyib ki, bu, həmin seçki dairəsində ümumi nəticələri dəyişmir: “Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizədlərin dairə seçki komissiyasının qərarından verdikləri şikayətə baxılıb. Təqdim edilmiş materiallar ciddi araşdırılıb. İclasda 42 seçki məntəqəsindən 11-də səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin seçki dairəsinin 31 məntəqəsində səsvermənin nəticələri qüvvədədir. Bu, bütövlükdə qələbəmi tamamilə təmin edən qərardır. 60 saylı Salyan-Neftçala seçki dairəsinin 11 seçki məntəqəsində nəticələrin ləğv edilməsi seçkilərin ümumi nəticəsinə təsir göstərmir. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəy yazanlara təklif edirəm ki, Seçki Məcəlləsini oxusunlar, o zaman səsvermənin ümumi nəticələrinin dəyişib-dəyişməməsi ilə bağlı məlumat almış olacaqlar. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, daha çox səs toplayaraq qalib gəlmiş hesab olunuram”.

AVP sədri ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Fürsətdən istifadə edərək 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, seçkiqabağı təşviqat kampaniyasında mənimlə bərabər olan, kifayət qədər fəallıq göstərən komanda üzvlərinə, xüsusi olaraq media nümayəndələrinə təşəkkür edirəm. Ədalətli, obyektiv qərar qəbul etdiyinə görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə, Eksper Qrupuna minnətdaram. Ümidvaram ki, seçicilərin göstərdiyi etimad bundan sonra da dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqa varlığımla xidmət etməyimə, ulu öndərin müəyyən etdiyi yolla davam etməyə imkan yaradacaq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar