Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

Görünən odur ki, Əli Kərimli müxalifətin monopoliyasını tutmağı ya özünə, ya da kimlərəsə söz verib...

“...Nəticə etibarılə əsas məsələ istifadə edilən vasitə deyil, dünyamızda bir qisim insanı digərindən üstün edən bərabərsizlikdir...”

Cen Şredi

Ziya Mehti yazır...

Köhnələrin – 90-cı illərin söhbətlərini hər gün “Facebook”-da, “Youtube”-da müzakirə edən “ağsaqqallar”ımız o dövrü görənlərdir, təbii ki, indi durub mənim görmədiyim o illərdən yazmağım ancaq ironik ola bilər.

O dövrün görüb-götürənləri bu dövrün sosial şəbəkə fenomenini görə bilmədi. Əslində çoxdan batmış və bütün ümidini suya atmağa hazırlaşan AXCP digər partiyalardan fərqli olaraq təqribən 2000-ci illərin ikinci on olliyinin başlanğıcından sosial şəbəkədən necə istifadə etmək lazım olduğunu öyrəndi və həmin dönəmin fenomeni olan müxalif Musavat yerini AXCP-yə buraxmağa məcbur oldu. Əli bəy Kərimlidən doğrudan da yaxşı bir “Facebook” fenomeni çıxardı və bu dəyərli bəy fürsəti əldən vermədi.

Burda bir şeyi qeyd etməliyəm. Bütün dünyada proqramistinin kim olmasından asılı olmayaraq, sosial şəbəkələrdə mühafizəkarlar meydan sulayır. Çünki onlar elə bayağı mahnılar, mənasız olsa da, hər kəsin baxdığı videolar kimidilər. Elə AXCP də mənasız, amma baxılan video klip olmağı bacardı.

Mühafizəkarların rəqəmsal aktivizmdəki (oxu: Facebook müxalifəti) bu uğurları elə anlaşılmasın ki, mənim fərziyyələrimdir. Bu mövzuda geniş araşdırmalar aparılıb. Elə bu mətni yazmağa hazırlaşarkən xanım sosioloq Cen Şrendinin “The Revolution That Wasn’t” adlı kitabına göz gəzdirdim. Şrendinin bütün araşdırmalarının mərkəzində rəqəmsal aktivizmin niyə mühafizəkarların “monopoliyası”nda olması durur.

Təbii ki, ənənəvi sol mübarizənin rəqəmsallaşmağını gözləmək absurd olardı, çünki solçular elə rəqəmsal medianın içində də alternativ media olmağa çalışıblar, amma dünya üzərində də liberalların rəqəmsal aktivizmdə yer ala bilməməsi maraq doğurur. Bu üzdən Azərbaycanda da REAL Partiyasının bu qəbildən nümunə göstərə biləcəyini düşünürəm.

“Sən”, yoxsa Əli Kərimli?

“TİME” jurnalı 2006-cı ildə rəqəmsal aktivizmin ilk carçılığını edərək ilin adamı olaraq rəqəmsallaşan insanı seçdi. 2011-ci ildə baş verən “Ərəb Baharı”, ardınca İspaniyadakı “İndignados” etiraz nümayişləri və “Occupy Wall Street” hərakatlarında internetin rolu böyük olmuşdu. Bəlkə də, bu hərakatlar tərəfsiz olan internetin bir tərəf ola biləcəyini göstərirdi.

Beləliklə də, internetin qara və çirkin üzü görünməyə başladı. Uşaq istismarından Donald Trampın prezident seçilməsinə qədər uzanan bu dəyişim dönəmi internetin açarlarının mühafizəkarlara keçməsinə görə idi. Çünki sosial şəbəkələrin alqoritmləri “daha çox izləyici, daha çox pul” devizi üzrə çalışdığına görə belə olan halda potensial izləyicisi çox olan və ya çoxlu reklam verən istifadəçi rəqəmsal medianın fenomeni olmağa namizəddir.

Əli Kərimlinin və AXCP-nin sosial media fenomenliyinin əsasında da məhz bu durur. Bu səbəbdən AXCP-nin tərəfində olan kanallar söyüş ruporluğu ilə məşğul olur. Çünki onlara təkcə söyülənlər baxmır, həmçinin söyə bilməyənlər də baxır. Bunun adı bir növ “zamanını ayır, aqressiyanı satın al”-dır və heç də həmişə hamının baxdığı siçan-pişik videoları kimi üzgüldürən olmağı bacarmır.

AXCP gündəmə geriçilik, siyasi alver ilə gəldikdə belə bunu öz lehinə çevirməyi bacarır. Çünki Əli Kərimli yaxşı bilir ki, bölgələrdən internetə hər gün yeni insanlar qoşulur və itirilənlər insanları, inamsızları rahatlıqla yeniləri ilə bərpa etmək olar. Yetər ki, üzdən çəkilməsin, hər yerdə insanlar onu görsün.

Hətta nəinki AXCP-ni, elə birbaşa Əli Kərimlini göstərmək üçün abunəsi 100 mindən çox olan “Youtube” kanalları mövzunun nə olmasından asılı olmayaraq Əli Kərimli ilə müzakirə edirlər və populist çıxışlar ilə qulaq deşib ürək buladırırlar.

Bəs vətəndaş?

Mən açığı heç vaxt anlaya bilməmişəm ki, AXCP seçici axtarmırsa və ya kampaniya keçirmirsə, insanları nəyə səsləyir. Bəlli məsələdir ki, Əli Kərimlinin çevriliş üçün insanları bir yerə toplamaq dərdi yoxdur, çünki bir insan belə ağır dərdlə 20 ildən artıq yaşaya bilməz...

Ancaq görünür ki, Əli Kərimli müxalifətin monopoliyasını tutmağı ya özünə, ya da kimlərəsə söz verib. Çünki bu partiyanın hansı siyasi-iqtisadi addımlar atacağı, partiyanın gündəliyində hansı məsələlərin olduğu böyük bir sual altındadır.

Bəlkə də, Əli Kərimli partiya üzvlərinin ailə daxili münasibətlərinə öz dəyərli bəy məsləhətlərini verməyi AXCP-nin gündəliyinə salıb. Məlum hadisədə diqqətimi bir məsələ çəkmişdi: Nəyə görə sabiq müavin öz qızına onunla şəkil çəkdirib paylaşmağı tələb edib? Yəqin ki, ictimai sektorda AXCP-nin əriməkdə olan nüfusunu və nüfuzunu belə gənclərlə bərpa etmək üçün atılmış bir addımdır.

Amma aydın oldu ki, ictimai sektora bel bağlamaq olmaz, lap öz qızın olsa, belə. Diqqətinizi çəkmək istəyirəm ki, bütün bu sistemə inteqrasiya olmuş mübarizələri ilə əldə bayraq tutan solçuların və “Facebook”-dan “çörək pulu” qazanan söyüş müxalifətinin kimin tərəfindən çıxış etdiyini bilməsəm də, qəssabdan heyvan yağı alan, sümük qaynadıb suyunda yemək bişirən və hər gün balalarına yemək gətirən yırtıcı ədasıyla iqtisadi müharibədən çıxan vətəndaşın adından danışmadıqlarına əminəm.

Hakimiyyətin və Avropanın kölgə oyunu olan bu qurumlar və kimsələr gərək abırsızlıq etməyib özlərini parlamentin kukla partiyaları kimi aparsalar, cəmiyyət olaraq bunlardan canımız qurtarardı. Amma və lakin bu baş vermir və sistemdən kənar kuklalar gün keçdikcə artan bayağı mahnılar kimi trenddən çəkilmirlər.

Hakimiyyət və ya hakim ailələr necə ki media kanallarını, leqal siyasi arenanı monopoliya halına çeviribsə, AXCP də eynisini müxalifətdə etməyə çalışır. Bİr mənalı olaraq hər şeyi və hər kəsi özünə birləşdirmək cəhdilə. Lakin bu prosesin heç bir nöqtəsində belə vətəndaş yoxdur...

Ziya MEHTİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar