Şənbə, 17 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Fərmanla yaradılan qurum müstəqil ola bilməz” - Ekspert

Məktəblərin maliyyələşməsində, təkcə, valideynlərin ödəniş etməsi nəzərdə tutulmur

“Artıq 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsi başlayıb. İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi . Çünki dövlətin varlığı başlı-başına bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək, ya da ictimai birlik deyil”.

Bu sözləri “Yeni Sabah”a Baş nazirin təhsillə bağlı bəzi qərarlara dəyişikliklərindən danışarkən təhsil eksperti Kamran Əsədov deyib. Ekpert bildirib ki, dövlətin məqsədi pul qazanmaq deyil, onun kompleks hədəfləri və resursları var, zor tətbiqetmə səlahiyyətinə sahibdir:

“Bu səbəblə o xüsusi (civil) hüquqa tabe yox, publik hüquqa tabe bir hüquqi şəxsdir. Digər tərəfdən dövlət aparatı daxilində əsas hakimiyyət qollarından biri olan icra hakimiyyətində də iyerarxiya münasibəti var, yəni tabeçilik, bu da dövlət aparatının ilişmədən və problemsiz işləməsinə yönəlir.

Lakin bəzi hallarda elə bir icra strukturu yaradılmalı olur ki, bunlar texniki, siyasi və hüquqi səbəblərə görə, mərkəzi icra hakimiyyətinin iyerarxiyasına daxil olmamalıdır. Başqa sözlə, Prezidentə (nazirliyə) tabe olmamalıdır. Siyasi səbəblərə misal gətirsək, Mərkəzi Seçki Komissiyası müstəqil olmalıdır, bu səbəblə o müstəqil publik hüquq şəxs sayılmalıdır, halbuki sayılmır.

Başqa bir misal bələdiyyədir. Bələdiyyə, QHT şirkət deyil, onun məqsədi pul qazanmaq deyil. O bir publik hüquq şəxsdir. Başqa bir misal MTRŞ, o da müstəqil, publik hüquq şəxsi olmalıdır. Publik hüquqi şəxsin həqiqi müstəqilliyini təmin etmək fərmanla olmamalı, o ayrıca qanunla tənzimlənməlidir. Fərmanı hər an dəyişib həmin orqanın statusuna və müstəqilliyinə son qoymaq mümkündür. Yəni fərmanla qurulan publik hüquq şəxsin müstəqilliyi həqiqi ola bilməz”.

Ekspert əlavə edib ki, məktəblərin maliyyələşməsində, təkcə, valideynlərin ödəniş etməsi nəzərdə tutulmur:

“Bilirsiz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə, Bakı şəhəri üzrə 700- dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyir, həm də gəlir əldə edirlər. Hər bir təhsil müəssisəsində yaradılmış şəraitlə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla.

Təbii ki, bir çox məktəb direktorunun qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək mümkündür. Belə ki, təhsil müəssisəsində rəqs, şahmat dərsləri keçirmək olar, eyni zamanda ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir”.

K.Əsədov qeyd edib ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb:

“Orta ixtisas və peşə məktəbinin rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Çünki qanunvericilik aktlarına görə dövlət minumum təhsil verməyə borcludur. Bundan başqa orta ixtisas, peşə məktəbləri dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərinin pullu olması mümkün deyil”.

pia.az

Etiket: Kamran Əsədov

Şərh yazın.

loading...