Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədovun superyaxtası müsadirə edilə bilər

Almaniya hakimiyyəti azərbaycanlı əsilli iş adamı Fərhad Əhmədova məxsus 360 milyon dollar dəyərində olan “Luna” superyaxtasını müsadirə edə bilər.

Hazırda yaxta Almaniyanın Hamburq limanında təmir olunur.

"Luxurylaunches.com" saytının məlumatına görə, Əhmədov Aİ-nin sanksiyalarına məruz qaldığı üçün onun yaxtanın müsadirəsinə hazırlıq gedir.

Hətta əvvəllər Əhmədovla həyat yoldaşı Tatyana arasında boşanma davası səbəbindən “Luna” yaxtası bir neçə il Dubay limanında olub. Yalnız keçən ilin dekabrında, keçmiş həyat yoldaşları qarşılıqlı kompensasiya haqqında razılaşdıqda, o, Hamburqdakı gəmiqayırma zavodlarından birinə təmir üçün çəkildi.

Fərhad Əhmədovun özü də bu ilin aprelində Avropa İttifaqının sanksiyalarına məruz qalıb və bu o deməkdir ki, “Luna” yaxtası, eləcə də azərbaycanlı milyarderin Qərbdəki digər aktivləri müsadirə edilməlidir.

Almaniyanın hakimiyyət orqanları bunun iki səbəbini - "Luna"nın qanuni sahibinin müəyyən edilməsi prosedurlarının hələ həyata keçirilmədiyini əsas gətirərək sanksiyaları həyata keçirməyə başlamayıb.

Qeyd olunur ki, gəmi Hamburqdan çıxmağa cəhd edən kimi alman hakimiyyət orqanları onu dərhal həbs edəcək.

Onu da xatırladaq ki, İsveçrə bu yaxınlarda Aİ-nin bir sıra rus oliqarxlarına, o cümlədən Fərhad Əhmədova məxsus onlarla İsveçrə bank hesablarının müsadirəsini nəzərdə tutan beşinci anti-Rusiya sanksiyalar paketini dəstəkləmişdi. (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar