Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədov: “Arzunuz gözünüzdə qalacaq”

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliklə bağlı fikirlərini bölüşüb...

PİA.az xəbər verir ki, azərbaycanlı milyarder Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin açıqlamalarına da münasibət bildirib:

"Son 72 saatda hamımız AzərbaycanErmənistan silahlı qüvvələrinin təmas xəttində yaşanan yeni kəskinləşmənin şahidi olduq. Bununla əlaqədar, Konstantin Zatulinin 6 iyul tarixli açıqlamasına münasibət bildirmək istərdim.

Bu deputat 1993-cü ildən bəri demək olar ki, fasiləsiz olaraq Dövlət Dumasında oturmağı və bütün bu müddətdə MDB problemləri ilə məşğul olmağı ilə tanınır. Bu sahədə elə də çox uğur qazana bilməyib. Amma kifayət qədər qalmaqallı açıqlamalar verib. Bu dəfə çox danışmasa da, söylədikləri ilə bağlı şərhə ehtiyac var. Xüsusilə də indi.

Əvvəla, qeyd edək ki, Zatulin hələ iyulun 6-da "münasibətlərin kəskinləşməsi" barədə danışıb. Yəni, münasibətlərin gerçək kəskinləşməsindən 6 gün əvvəl. Amma şərh tələb edən əsas məqam onun reallığa qəribə münasibətidir. O, öz mövqeyini bildirmədən, N. Paşinyanın Dağlıq Qarabağın Ermənistanın, İ.Əliyevin isə Azərbaycanın ayrılmaz hissəsi olması barədə bəyanatlarını eyni müstəviyə qoyur. Axı bunlar fərqli bəyanatlardır.

Bir də ki, K. Zatulin beynəlxalq qanunlara əsasən nəyin kimə məxsus olduğunu, nəyin isə güclə ələ keçirildiyini bilməlidir. Bundan sonra isə K. Zatulin artıq hamıya aydın olan məsələlərdən danışıb. ErmənistanRusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq edir, bu təşkilata üzv ölkələr isə bir-birinin ərazi bütövlüyünü qorumağa dair qarşılıqlı öhdəliklər daşıyır.
Normalda Zatulin sözügedən öhdəliklərin yalnız Ermənistanın milli ərazisinə şamil edildiyini və heç bir vəchlə Dağlıq Qarabağa aid olmadığını açıqlamalı idi. Bu arada, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğu dövrdə K.Zatulinin Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı narahat olduğunu nə isə heç xatırlamıram. Təbii ki, 450 deputatdan birinin açıqlaması bütünlüklə Rusiyanın dövlət siyasətini əks etdirmir. Amma onun Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasına istinad edərək Azərbaycanın ünvanına söylədiyi təhdid dolu çıxışının zamanlaması müəyyən fikirlərin meydana çıxmasına səbəb olur.

Bununla belə, Rusiya tərəfi Azərbaycanda işğal olunmuş ərazilərlə təmas xətti və Ermənistanla sərhəd arasındakı fərqin gözəl bilindiyini anlayır. Yalnız ikinci halda Rusiya Ermənistanı qorumaq öhdəliyi daşıyır. Qəribədir ki, Zatulin bu iki anlayışı qarışdırmaq qərarına gəldi. Təbii ki, o, bunu etməklə Ermənistanı təcavüz qurbanı kimi təqdim etmək məqsədi güdürdü. Bundan sonra isə dərhal onun söylədiyi kəskinləşmə baş verdi. İstər-istəməz belə qənaətə gəlirsən ki, o, hər şeyi əvvəlcədən bilirdi. İndi, iki həftədən sonra onun kimin dəyirmanına su tökdüyü hamınıza bəllidir.

Əminəm ki, dövlət sərhəddində törədilən bu dəfəki təxribat, Dağlıq Qarabağdan fərqli olaraq, qəsdən və əvvəlcədən planlaşdırılan bir hərəkətdir. Baş verənlərin və baş verəcək olayların bütün məsuliyyəti Ermənistan rəhbərliyinin işğalçı və təcavüzkar siyasətinin üzərinə düşür. KTMT-nin "avtomatik" reaksiyasına gəldikdə isə, necə deyərlər, "arzunuz gözünüzdə qalacaq".

Sərhəddə təxribat törətməklə heç nəyə nail olmayacaqsınız. Bütün şəhid analarına və atalarına dərin hüznlə baş sağlığı verirəm. Allah yaralı əsgərlərimizə şəfa versin. Bizim işimiz haqq işidir!”. (Sfera.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar