Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Feodalizm mədənəyyəti inkar edilir və Avropanın dərin kökləri yerindən qopur...

Müasir millət dövlətlər özlərinin feodal mədəni köklərinə bağlı qalmaqda çətinlik çəkirlər...

Süleyman Seyfi Öğün

“Yeni Şafak” qəzeti, Türkiyə, 5 mart 2020-ci il

Müasir Avropanın necə yaranması məsələsi tarixçilər arasında hələ də bir sirr olaraq qalır. Ancaq Avropanın özünü necə qəbul etdiyi və özünüdərk prosesi daha vacibdir. Özlərini Yunan-Roma təməli üzərində qurulmuş bir mədəniyyət dünyası hesab etməyi artıq vərdiş halına gətiriblər. Əslində, bu bir kompozisiya deyil. Sistem məktəbinin təsvirinə görə yunanlar “mini sistemlər”dir və aralarında siyasi birlik qura bilməyiblər. Lakin Roma bir imperiyadır. Aralarında dini ölçüdə olduğu kimi, bir sıra mədəni keçidlər olsa da, Yunan dünyası ilə Roma dünyası arasında bir əlaqə yaratmaq mümkün deyil. Digər tərəfdən, birincisi mini sistem, digəri isə imperiya kimi antik quruluşlar olublar. Yəni müasir dövrdən əvvəlki xüsusiyyətlərə malik olublar.

Başda Annales Məktəbi olmaqla, ümumi tənqidi baxış da müasir Avropanın feodal köklərinin olduğunu göstərir. Başqa sözlə, müasir Avropanın tarixi Romadan sonrakı bir quruluşdur. Qəbilələrin tarixi tayfaların köçü ilə başlamalıdır. Yəni barbar bir keçmişi var. Franklar, germanlar, ostroqotlar, viziqotlar kimi barbar-paqan icmaların bu günkü müasir Avropa xalqlarının köklərini təşkil etdiklərini bilirik. Əlbəttə ki, onlar Avropanın digər av avtokton icmaları ilə qarışıblar. Lakin avtokton Avropa xalqları da barbarlıq və paqanlıq baxımından daha sonra gələnlərdən o qədər də fərqlənmirlər. Buradakı digər bir güclü mədəni detal da Katolik kilsəsinin “mədəniləşdirən” fəaliyyətidir. Qısası, müasir Avropa paqanlığın və katolikliyin qarşılıqlı əlaqəsinə əsaslanan bir mədəniyyət olaraq inkişaf edib. Bu proses ətrafındakı istehsalat üslubu isə Avropaya xas olan feodallıqdır. Feodallıq parçalanmış quruluşları ilə antik mini sistemlərə bənzəyir. Lakin onun mahiyyəti çox fərqlidir. Birincisi bir “polis” mədəniyyətidirsə, digəri “şəhər” mahiyyətindədir.

Min illik feodalizm tarixi müasir Avropanın düşüncə tərzindən kənarlaşdırılır. Yəni bu dövr min illik qaranlıq bir keçmiş kimi təsvir edilir. Səlib yürüşlərindən sonra başlayan bolluq və zənginlik dövrü humanizmin, Renessans-islahat dönəminin, bilgi və elm əsrinin və maarifçilik kimi mədəni proseslərin başlanmasına təkan verib. Müasir Avropa təfəkkürü bu mərhələləri öz dərin kökləri ilə, yəni “itirilmiş cənnət” və ya “qızıl əsrlər” olaraq gördüyü Yunan-Roma keçmişi ilə bir birləşmə nöqtəsi olaraq görür. Ancaq bu xəyali bir uydurmadır. Əslində, onu mahiyyət etibarilə yaradan mərhələ feodal keçmişidir.

Müasir dövlət, millət və kapital bu günkü Avropanın maddi mədəniyyətindən xəbər verir. Feodal keçmiş Avropanın “aşdığı”, “kənarlaşdırdığı” deyil, əksinə, çevirdiyi bir prosesdir. Feodallıq və müasirlik arasındakı qarşıdurmanı bu şəkildə qiymətləndirmək lazımdır. Əslində, müasir Avropanın milli dövlətləri müasir feodal kollektiv quruluşlarının siyasi şərhləridir. Millət anlayışı bir quruluş olaraq təbii ki, etnik bağlardan daha üstündür. Amma son təhlildə vurğulanan şey etnik mənşədir. Dindən gələn və etnik mənsubiyyəti aşan “qloballıq” milli dinamika ilə ziddiyyət təşkil edər, amma son nəticədə uzlaşar.

Müasir millət dövlətlə feodal mədəni köklərinə sadiq qalmaqda çətinlik çəkirlər. Müasir millət dövlətlərə olan bağlılıq hazırki etnik mənsubiyyətlərdən üstün olması
və ondan da üstün olan Avropa millətini inşa etmək səyləri min illik feodalizm tarixinin təfəkkürü və təcrübəsi ilə əlaqədardır. Bu problemlər, xüsusilə kapitalist böhranlarının kəskinləşdiyi mərhələlərdə ortaya çıxır. 2000-ci illərdə baş verən hadisələr bu problemlərin kəskinləşdiyini göstərir. AB-nin bu gün 2 böyük problemi var: birincisi, Avropa kimliyini pozan proseslər, digəri isə içərisində mövcud millət dövlətləri ləğv edən və feodal əlaqələrinə əsaslanan separatçı hərəkatların güclənməsi. Feodal köklər müasir Avropa dəyərləri ilə ziddiyyət təşkil edir. Birincisi uzağı 200 illik, digəri isə kapitalist eqoizmi ilə 1000 illik bir təcrübədir. Sizcə, hansı daha üstün olar?

Dünya qlobal əmək bölgüsündəki bərabərsizliklər ucbatından yeni bir “xalqların böyük köçü” prosesi yaşayır. Pandoranın qutusu açılıb. AB-nin sərhədlərinin başladığı yerdə Türkiyə səddin qapısını açıb. Sayları yüz mindən çox olan mühacirləri utanc verici üsullarla dayandırmağa çalışır. Qadınlara və uşaqlara məhəl qoymadan silahdan istifadə edirlər. Amma bunu dayandırmaq mümkün deyil. Təbii fəlakətlərlə tarixi-bəşəri fəlakətlər arasında çox fərq var. Birincisi gəlib, keçir. Digəri isə heç keçmir. Bir vaxtlar almanların əcdadları olan germanlar, fransızların əcdadları olan franklar Avropanın qapısına necə dirənmişdisə, indi də əfqanlar, pakistanlılar, iraqlılar, suriyalılar dirəniblər. Gələnlərin itirəcək bir şeyi qalmayıb. Onları dayandırmağa çalışanların isə itirəcəyi çox şeylər var. İtirəcək bir şeyi olmayan insanların qarşısında heç bir sədd dura bilməz.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar