Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafaya irad: Biz Xalq artisti deyilik ki, “Instagram”da oturaq?!

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında həmkarı Fazil Mustafanın mətbuatda səsləndirdiyi fikirləri sərt tənqid edib...

Deputat bildirib ki, bəziləri gecə-gündüz fəaliyyət göstərən Milli Məclis və deputatlar haqqında fikir bildirirlər:

“Hörmətli Fazil müəllim müsahibə verir, deyir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı danışarkən bildirib. Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib?! Hamının “Facebook”, “Tvitter”i var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verin, filankəsin verməyin?!”

S.Novruzov qeyd edib ki, xalı çatmayan Milli Məclisdən xal götürmək istəyir.

“Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz Xalq artisti deyilik ki, “Instagram”da oturaq?! Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyəti yoxdur.

Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədənsə, səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar