Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun bankında nələr baş verir?

“Müştərilər vəsaitlərinin batmasından qorxurlar” ...

“Ata Bankda nə baş verir? Əmanətçilər depozitlərini nədən geri çəkə bilmirlər?”
Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, “Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir:

“Ötən ilin oktyabr ayının 1-ə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat olan “Ata Bank” ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə “Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir.

Bununla əlaqədar olaraq, bir qrup əmanətçilər əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu ildən isə Mərkəzi Banka şikayət etsələr də, yenə də müsbət nəticə əldə edə bilmirlər. Əksinə, nə baş verdiyi barədə heç bir rəsmi açıqlama verilməməsi əmanətçilərin şübhələrini daha da çoxaldır.

Narahatlığını mənimlə bölüşən əmanətçilər depozitlərinin geri alınmasında qarşılaşdıqları çətinlikləri ictimailəşdirməyi xahiş ediblər. Onlar belə davam edərsə, “Ata Bank”da da əmanətlərinin və cari hesablardakı vəsaitlərinin batmasından qorxurlar.

Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı “Ata Bank” ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki, söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir. Odur ki, Mərkəzi Bank bununla bağlı təxirəsalınmaz tədbirlər planını elan etməlidirlər ki, əmanətçilərin narahatlığı aradan qalxsın. Əks təqdirdə “Ata Bank” ASC-nin maliyyə mötəbərliyini itirməsi yalnız əmanətçilərə deyil, həm də bank sisteminə növbəti zərbə olacaq”.

Qeyd edək ki, "Ata Bank" sabiq Vergilər naziri Fazil Məmmədova məxsusdur.(yeni sabah)

pia.az


Etiket: "Ata Bank"


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar