Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Ələkbərovun sonunu gətirən əlbəyaxa döyüşü: Nazir “Cənab sədr”in səbr kasasını necə doldurdu?..

Naxçıvan Daxili İşlər naziri Fazil Ələkbərov işdən çıxarılmayıb, öz hesabına məzuniyyətə göndərilib. 
 
Ovqat.com-un Naxçıvan DİN-dəki adının çəkilməsini istəməyən mənbələrdən aldığı məlumata görə, nazirin məzuniyyətdən geri qayıtma ehtimalı yoxdur. Onun barəsində “işdən qovuldu” söz-söhbətinin çıxması da, görünür, bununla bağlıdır və məntiqlə yanaşanda bu mülahizə əsasən doğrudur.
 
Fazil Ələkbərovun işdən qovulmasının dərin səbəbləri barədə danışmaq istəməyən mənbəmizin fikrincə, onun işdən qovulmasının çox maraqlı bir bəhanəsi var. Daha doğrusu, onsuz da yaxın günlərdə işdən qovulacağı şübhə doğurmayan Fazil Ələkbərovun “günah kasası” bir ay bundan əvvəl Naxçıvan DİN-nin həyətində Culfa RPŞ-nin rəisi Şərif Hüseynəliyevlə Nazirliyin Maliyyə şöbəsinin rəisi Əbülfəz Vəliyevin arasında baş verən söyüşlü dava-dalaş nəticəsində daşıb. Bu rəzalətdən sonra ona Ali Məclisdən zəng vurub nazir postunu üzüsulu tərk edərək öz hesabına məzuniyyətə çıxması əmri gəlib.

Şəkildə: sağda Rəşad İsmayılov, ortada Fazil Ələkbərov

Muxtar Respublikanın yüksək rütbəli polislərinin davasına gəlincə, sən demə, ən ağır söyüşlərin göydə uçuşduğu bu əlbəyaxa döyüşünün əsl günahkarı nə döyən, nə də döyülən tərəf imiş. İddialara görə, döyüş Muxtar Respublika polisində rüşvət mexanizminin məntiqi nəticəsində meydana gəlib. Belə ki, ötən ilə qədər ən xırda inzibati qayda pozuntusuna görə vətəndaşlardan külli miqdarda rüşvət alan Naxçıvan polisi əldə etdiyi “qəniməti” mərkəzləşdirilmiş qaydada bölüşürmüş. Rüşvətin cəmi 10%-i “cinayətkarı” cəzalandıran yerli polis idarəsinə çatır, qalan 90% isə Naxçıvan MR DİN-ə göndərilirmiş. Onun da 40%-i Daxili İşlər Nazirliyinin rəhbərliyinə, 50%-i isə Ali Məclisin sədr müavini Azər Zeynalova gedirmiş. Bəs Azər Zeynalov həmin pulları nə edirmiş? Tapmacanın bu hissəsini bizim ixtiyarımıza buraxan mənbəmiz onu da etiraf etdi ki, əlində adi bir hadisəyə görə “cinayətkar”lardan külli miqdarda rüşvət alınmasını təsdiqləyən sənədlər, nə yazıq ki, yoxdur: “Bunun da səbəbi yəqin ki, sizə bəllidir. Amerikanın Azərbaycandakı səfirlərindən birinin təbirilə desək, çünki ölkəmizdə rüşvət alarkən heç bir qəbz verilmir. Ona görə də rüşvət faktını sübut etmək qeyri-mümkündür. Amma bu o demək deyil ki, bizim cəmiyyətimiz aydan arı, sudan durudur. Bununla belə, Naxçıvanda bir şilləyə görə kimdən nə qədər rüşvət alındığını bilməyən yoxdur”.

Qaynağımız bu barədə bizə konkret adlar çəkərək bəzi məlumatlar da verdi: “Fazil Ələkbərovun qılıncının dalı və qabağl kəsən vaxtlar - 2017-2020 ci illərdə Naxçıvanda polislər at oynatmağa başlamışdılar. İş o yerə gəlib çıxmışdı ki, facebookda  Elçibəyin şəkilini layk etdiyinə görə Culfa Rayon Bənəniyar kənd sakinini Culfa RPŞ-nin rəisi Şərif Hüseynəliyev çağırıb ondan 15.000 manat pulunu almışdı. Ordubad Rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev Rusiyadan Ordubada gələn vətəndaşları çağırıb qohum əqrabalarına toxunmamaq üçün hərəsindən 3.000-5.000 manat aralığında pul qoparırdı. Maddi durumu aşağı olduğundan Cahan Ticarət Mərkəzindəki ərzaq mağazasından makaron, yağ, düyü, çay oğurlayan vətəndaşı Naxçıvan Şəhər Polis İdarəsinə çağıran polis rəisi Mirzə Cəlilov onun yaxınlarından 2500 manat rüşvət almışdı. Şahbuz rayonunda qoşa xətti “tapdalayan” sürücülərin maşınlarını cərimə meydançasına gətizdirən rayon polis rəisi Elnur İsmayılov hərəsindən 1000 manat rüşvət istəyirdi. Su üstündə bir-birləri ilə sözü düşən vətəndaşları Kəngərli Rayon Polis Şöbəsinin rəisi şöbəyə çağırıb hərəsindən 2000 manat almışdı. Evində lampa satdığına görə Şərur rayonu Zeyvə kənd sakinini zorla evindən çıxarıb nazirliyə aparan Narkotiklərlə Mübarizə Şöbəsini rəisi Qasım Əsgərov ondan 6000 manat pul almışdı. Şərur Rayon Polis Şöbəsinin rəisi Nəriman İbrahimov evində paltar satan vətəndaşın mənzilinə soxulub həmin əmtəələri müsadirə edib, əlavə olaraq da ondan 5000 manat pul almışdı”.

Şəkildə soldan birinci: Polkovnik Rəşad Seyidov, F.Ələkbərovun sağ əli
 
Qaynağımızın iddiasına görə, bu vəziyyət 2020-ci ilə qədər eyni qaydada davam edib. 2020-ci ildə Nehrəm qəsəbəsinin Yasin adlı sakini özünü öldürdükdən sonra Naxçıvan DİN sistemində vətəndaşdan rüşvət almağa son qoyulub.
 
Qeyd edək ki, mərhum Yasinin intiharının səbəbi barədə ötən il Ovqat.com-da yazı dərc etmişdik. Naxçıvan MR DİN məhrumun polis özbaşınlığı səbəbindən intihar etdiyini inkar etsə də, qaynağımız bu iddianı doğrulayıb: “Babək rayon Polis İdarəsinin qarşısında qonşusuna şillə atan Yasin adlı Nehrəm sakinindən 5000 manat rüşvət istənilmiş, o da bu məbləği tapa bilmədiyi üçün özünə qəsd etmişdi. Özünü yandıran həmin şəxs xəstəxanada dünyasını dəyişmişdi”. 

Şəkildə: Ötən il Naxçıvanda polis özbaşınalığının qurbanı olan Nehrəm sakini Yasin
 
Mənbəmizin iddialarına inansaq, bu hadisədən sonra Naxçıvan DİN özünü yığışdırıb. Hətta Naxçıvan MR Ali Məclisində bu zamanadək alınan rüşvətlərin araşdırılması üçün gizli tədqiqat qrupu yaradılması barədə göstəriş gəlib. Araşdırmalar nəticəsində məlum olub olub ki, təkcə Culfada 1 milyon manata qədər “haqsız rüşvət” toplanıb. Haqsızlığa uğramış vətəndaşlardan ərizələr alınıb və onlar Ali Məclisin sədr müavini Azər Zeynalova göndərilib. Ali Məclis yetkililəri isə Culfanın polis rəisi Şərif Hüseynəliyevi çağırıb ərizələri onun qabağına qoyub və vətəndaşların pulunu qaytarmaq üçün ona 1 milyon manat tapıb gətirməsi əmr olunub. Qaynağımızın fikrincə, əslində Hüseynovdan istənilən pul vətəndaşlara geri qaytarılmayacaqdı. Böyük ehtimalla, Ali Məclisdə həzmi rabedən keçiriləcəkdi.
 
Digər bir iddiaya görə, əslində vətəndaşlardan alınan rüşvətin geri qaytarılması tələbi və bu işi araşdıran tədqiqat qrupunun yaradılması Fazil Ələkbərovu cəzalandırmaq üçün nəzərdə tutulub. Yığılan pulların geri qaytarılmasının mümkün olmadığını bilən Ali Məclis yetkililəri bu yolla polis rəislərini nazirin üstünə qaldırmaq və onun əleyhinə ifadə almaq istəyirlər. Materialların toplanıb, məhkəmə sisteminə göndəriləcəyi və Fazil Ələkbərovun çox ağır cəzalanacağı da istisna edilmir. 
 
Mənbəmizin dediyinə görə, Ali Məclisdən “yığdığın rüşvəti qaytar” tapşırığını alan Ş.Hüseynov da başılovlu Naxçıvan MR DİN-nə qaçır. Nazirlikdə Fazil Ələkbərov və onun müavini Rəşad İsmayllovla görüşən polis rəisi “vətəndaşlara borcu”nun 90 faizini onlara verdiyini xatırladır və pulu geri istəyir. Nazir və müavini Rəşad İsmayllov 10+40+50%-lik rüşvət sistemindən xəbərsiz olduqlarını bildirir və polis rəisini yanlarından qovurlar. Çölə çıxarkən Nazirliyin Maliyyə şöbəsinin rəisi Əbülfəz Vəliyevlə qarşılaşan Ş.Hüseynov vaxtaşırı ona göndərdiyi pulu tələb edir. Əbülfəz müəllim də polis rəisini başından etmək istəyəndə ara qarışır, dəftər itir. Hətta yoldan keçən vətəndaşların da böyük maraqla seyr etdiyi bu biabırçı davanı DİN-nin əməkdaşları belə yatıra bilmirmişlər. 
 
Qaynağımız bildirir ki, məlum hadisədən sonra Naxçıvan MR DİN-də “nizam-intizam”ı təmin edə bilmədiyinə görə “öz xoşuyla” “gedər-gəlməz” məzuniyyətinə göndərilən Fazil Ələkbərovdan sonra nazirlikdə böyük miqyaslı “struktur islahatları” aparılıb. Nazirliyin bir neçə şöbəsi ləğv edilib və yerinə hər hansı struktur yaradılmayıb. Ləğv edilən strukturlar bunlardır:
 
Narkotiklərlə mübarizə şöbəsi,
İnsan alveri ilə mübarizə İdarəsi,
Mütəşşəkkil cinayətkarlıqla mübarizə idarəsi,
Maddi texniki təminat şöbəsi,
Daxili təhlükəsizlik şöbəsi,
Daxili təhqiqatlar şöbəsi,
Təhqiqat şöbəsi,
Xüsusi təyinatlı əməliyyat taboru və s.
 
Həmin şöbələrin niyə ləğv edildiyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bəzi iddialara görə, Muxtar Respublika rəhbərliyi bu addımla faktiki işsiz qalan polis yetkililəri arasında başqa strukturlarda işə girmək üçün amansız rəqabət yaradıb. İndi kim yaxşı görüm-baxım eləsə, yenidən polis adını daşıya biləcək. Görünür, vətəndaşlardan rüşvət yığmaq ənənəsinə son qoyan Naxçıvan xanlığı azalan gəlirləri polislərin amansız rəqabəti ilə kompensasiya etmək istəyir. 
 
Digər versiyaya görə isə, Muxtar Respublika rəhbərliyinə qohumluqdan başqa heç bir müsbət keyfiyyəti və izgüzar təcrübəsi olmayan Fazil Ələkbərov rəhbərlik etdiyi idarəni elə yaramaz kadrlarla doldurub ki, onları bir-bir işdən çıxarmaq əlavə zəhmət tələb edirdi. Naxçıvan MR rəhbərliyi də məhz bu zəhmətə qatlanmamaq üçün hamısının sərəncamını birdən verib. Mənbəmiz də bu versiyanı təsdiqləyib. O, Fazil Ələkbərovun nazir təyin olunandan sonra yüksək vəzifələrə gətirdiyi şəxslərin siyahısını bizə təqdim edib:

Nazir Fazil Ələkbərovun “qohum-əqraba klubu”

Şəkildə ilk sıra, soldan saga: Əli Nəbiyev Əşrəf İbrahimli, Rəşad Seyidov, Mirzə Cəlilov, Teymur Quliyev, Elnur İsmayılov
 
 “F. Ələkbərov öz vəzifəsini icra etməyə başlayanda Daxili İşlər Nazirliyində işləyən peşəkar şəxsləri "Əhməd Əhmədovun adamı" adı ilə xidmətdən xaric etdi. Xaric edilmişlərin yerinə isə Naxçıvan DTX-dan və polis sistemindən özünə yaxın adamları gətizdirdi. Belə ki, Təşkilat İnspeksiya İdarisinə Rəşad Seyidov, Xüsusi Təyinatlı Əməliyyat Taboruna Məhəmmədəli adlı zabiti, Şərur rayon Polis İdarəsinə Şahmar Abdullayevi, Maliyyə-Plan İdarəsinə Əbülfəz Vəliyev, Maddi Texniki Təminat İdarəsinə Famil Həsənov adlı şəxsləri DTX dan gətirib rəis qoydu. Əlavə olaraq öz əmisi oğlu Nicat Ələkbərovu Mühafizə Polisi Şöbəsinə, qonşusu Əli Nəbiyevi Ordubad Rayon Polis Şöbəsinə, bacısı oğlu Elnur İsmayılovu Şahbuz Rayon Polis Şöbəsinə, dostu Mirzə Cəlilovu Naxçıvan Şəhər Polis İdarəsinə, korrupsioner Şərif Hüseynəliyevi Culfa Rayon Polis Şöbəsinə, dostu Teymur Quliyevi Babək Rayon Polis İdarəsinə, oğlunun sinif yoldaşı Şahin Qasımovu İnsan Alveriylə Mübarizə İdarəsinə, bibisi oğlu Elməddin Qurbanovu Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə və s. rəis təyin etdi. F.Ələkbərovun təyin etdiyi kadrlar çox acgözdürlər. Vəzifəyə təyin  edildikdən sonra zəli kimi xalqı sömürməyə başladılar”. 
 
Göründüyü kimi, Fazil Ələkbərovun təyin etdiyi kadrların siyahısı ilə Naxçıvan MR DİN-də aparılan “struktur islahatları” tam üst-üstə düşür. Ehtimallara görə, “struktur islaharları”nın qurbanı olan bir çox kadrların da F.Ələkbərovla bərabər müttəhimlər kürsüsündə oturması istisna deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar