Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faydalı ədviyyat - HİL

Hil sağlamlıq üçün faydalı bitkilərdən biridir...

Ağ və tünd yaşıl rəngdə olan hil çaya və yeməyə qarışdırılaraq istifadə olunur. Tünd yaşıl hilin faydası çox böyükdür. Mədə turşuluğunun aradan qaldırılmasında, qastrit və qıcqırma zamanı həmin ədviyyatdan geniş istifadə edilməsi məsləhətdir.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, dünyada geniş yayılan hili çox vaxt "kralların ədviyyatı" adlandırırlar. Orta əsrlərdə Avropada hil dərman hesab olunub və apteklərdə satılırdı. Hil Hindistanda və Çində çaya əlavə olunaraq içilir.

Hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir. Ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir.

Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.

pia.az


Etiket: hil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar