Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Faydalı axmaqlar” və düşündürücü sual

Görəsən, Vaqif kimin xahişi və ya göstərişi ilə ermənilər üçün “faydalı axmaq” rolunu oynayıb?

"Faydalı axmaqlar" - bu ifadənin müəllifliyini Vladimir Leninə aid edirlər. Baxmayaraq ki, terminin istifadəsini tənqid edənlər bu ifadənin dünya proletariatının lideri tərəfindən indiyə qədər yayımlanmış heç bir sənəddə tapılmadığını iddia edirlər. Hər halda, bu sözü asanlıqla öz tərəfinə çəkilməsi mümkün olan, hansısa “haqq işi uğrunda” manipulyatorların xeyrinə istifadə edilən, "faydalı" olmağa çalışan insan haqqında deyirlər. Təəssüf ki, belə “faydalı axaqlar” arasında son vaxtlara qədər Ukraynada yaşayan azərbaycanlı gənclər üçün bir növ nümunə olan insanlar da var. Ancaq gəlin hər şeyə ardıcıllıqla yanaşaq.

Beləliklə, Ukrayna. İyulun 24-də bu dost ölkənin paytaxtı Kiyevdə saat 21:30-da (Bakı vaxtı ilə 22.30) dörd azərbaycanlı tələbəyə hücum edildi. Demək olar ki, bütün yerli KİV bu hadisə barədə yazdı. “Məlumatı aldıqdan sonra mən və diasporun vəzifəli şəxsləri hadisə yerinə gəldik. Hadisə belə olmuşdu: tələbələrimiz evə qayıdanda binanın həyətində erməni nömrəli avtomobili görürlər. Azərbaycanlıların buna diqqət yetirdiyini görən avtomobilin sahibi onlarla mübahisə edir", - deyərək Ukraynadakı Azərbaycanlıların Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərini sitat gətirdilər.

Cavadov avtomobilin sahibi olan Ermənistan vətəndaşına daha bir erməninin qoşulduğunu iddia edirdi: "Onlardan birində tapança var idi və o da atəş açdı. Bundan sonra ermənilər hadisə yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralıları xəstəxanaya yerləşdirdik. Polis hazırda cinayətkarları axtarır".

Təəssüf ki, mediamız bu xəbəri çox sərbəst traktovkada verdi - vurulan azərbaycanlıların sayı artırıldı, hətta onlardan birinin öldürüldüyünü də elan edən bəzi media qurumlarımız oldu.

Bu, belə deyildi. Həqiqət budur ki, iki azərbaycanlı yaralanmışdı və onları Kiyevdəki 8-ci şəhər klinik xəstəxanasına apardılar. Azərbaycan vətəndaşı Nicat Kərimov ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Oxşar xəsarət alan ikinci zərərçəkən Azər Abbasova hadisə yerində tibbi yardım göstərildi. Hadisə yerində 9 mm-lik güllə gilzləri aşkar edildi. Bu, həqiqətin birinci hissəsidir. İkinci hissəsi isə budur ki, Kiyevdə azərbaycanlıları güllələyən bir erməni idi.

Etibarlı mənbələrdən media.az-a məlum olub ki, 21 noyabr 1980-ci ildə anadan olmuş şəxsin adı Edqar Zavenoviç Opinisyandır. Adam tapança ilə silahlanaraq, soyuqqanlı şəkildə tələbələrimizə atəş açır, daha sonra 50-RV-100 dövlət nömrə nişanlı “Mercedes Gelendewagen”də “itir”. Bu sayt, hətta hadisə yerindən əvvəl heç yerdə yayımlanmayan eksklüziv video görüntüləri əldə edə bilib. Kadrlarda tələbələrimizlə söhbətində erməni olduğunu etiraf edən bir kişinin uşaqları necə soyuqqanlı şəkildə vurduğu açıq şəkildə görünür.

Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətdə saxlayır. Rezonans doğuran hadisəni şərh edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova media.az-a verdiyi müsahibədə faktla bağlı cinayət işinin açıldığını, lakin zərərçəkənlərin yazılı müraciəti, şikayəti olmadan araşdırma aparılmasının çətin olduğunu vurğuladı.

Çalışın, şoka düşməyin, amma başqa sözlə, erməni tərəfindən güllələnən azərbaycanlı tələbələr ona qarşı cinayət işinin başlanmasını tələb etmirlər! Ona qarşı heç bir şikayətləri yoxdur, baxmayaraq ki, insident onlardan biri üçün ölümlə nəticələnə bilərdi.

Niyə bunu edirlər, səbəbləri nədir? Həm bunu, həm də kimin bu tələbələrə belə davranmağı məsləhət gördüyünü də ciddi araşdırmaq lazımdır.

Elə bu məqamla bağlı Ukrayna Azərbaycanlı Gənclər Radasının rəhbəri Vaqif Nağıyevin də, az qala faciəvi sonluqla bitəcək bu hadisədən sonra, necə fəaliyyət göstərməsi də xatırlanmalıdır. Dünyaca məşhur "Səs" layihəsinin Ukrayna versiyasının ən parlaq iştirakçılarından biri olaraq burada şöhrət qazanan Nağıyevin vokal gösətriciləri həqiqətən heyranedicidir. Amma, təssüf ki, dediyi sözün hansı nəticələrə gətirəcəyini hesablamaq qabiliyyəti barədə eyni fikirləri deyə bilmərik.

Fakt budur ki, həmin vaxt Vaqif “Facebook”da indi pis yuxu kimi xatırlamağı və tez bir zamanda unutmağı arzu etdiyi bir məlumat yaydı. “Mən hadisə yerində idim, orada erməni-filən yox idi. Bu davanın kimlər arasında baş verdiyi dəqiq bilinmir. Bəlkə də bir ukraynalı və bir azərbaycanlı arasında. Yazılanlar “sarı mətbuatımızın” ortaya atdığı cəfəngiyyatdır” – yazmışdı o zaman Nağıyev. Təbii ki, Vaqifin bu cür açıqlamalarından erməni mediası və sosial şəbəkə istifadəçiləri gen-boluna işlətdilər.

"Əliyevin təbliğatı haqqında bilinməsi lazım olan hər şey" başlıqlı məlumat – Nağıyevin müraciəti “Info Portal” qrupunda yerləşdirilmişdi. Çox sayda erməni bu sözlərə görə Vaqifə təşəkkür etdi. Və düz də edirdilər, çünki "faydalı bir axmaq" öz rolunu oynamışdı. Bu müraciət yayımlanan gün Nağıyevə zəng etdim. Məni inandırmağa çalışırdı ki, bizim oğlanlarımızı güllələyənin erməni olmasını isbat edən yüz faizli sübut yoxdur və əgər olsa, atıcının cəzalandırılmasını tələb edən ilk şəxs elə Vaqif özü olacaq.

İndi isə məlum oldu ki, güllə atan ermənidir. Yenidən Vaqifə zəng etdim. Silahlı şəxsin Edqar Zavenoviç Opinisyan olması xəbəri fonunda ““Orada bir erməni olmayıb” ifadələri ilə nə edəcəksiniz” sualına aydınlıq gətirmək əvəzinə, Vaqif yerli mediada xəbərin müəllifinin kimliyini araşdırmağa çalışdı. Sonra dedi ki, indi Odessadadır və buna görə... "indi nə etməlidir" sualı ətrafında düşünmək üçün vaxt istəyir.

Hadisə barədə düşünərkən, fikrimcə, Vaqifin öz səhifəsindən yerli mətbuata lənət oxuduğu, dalaşanların bəlkə bir azərbaycanlı və ya ukraynalı olduğunu, amma hadisə yerində ermənilərin olmadığını iddia etdiyi müraciət-videoçarxı yəqin ki, çıxarıb. Ümumiyyətlə, görünür, Vaqif səhv etdiyini başa düşüb. Bəs, görəsən, Vaqif kimin xahişi və ya göstərişi ilə bu işi tələsik ört-basdır etməkdə maraqlı olan ermənilər üçün “faydalı axmaq” rolunu oynayıb? Əsl cavab veriləsi sual budur...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar