Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faşizmin yeni maskası demokratiyadır? - Bəşəriyyət yeni ideoloji müharibənin içində...

Seçki oğurluğu ilə başlayan proses görünməmiş bir media çevrilişinə və daha sonra da “terrorla müharibə” adı altında bir “cadugər” ovuna çevrildi. Trampın devrilməsi isə tamamilə yeni bir faşizmin ilk böyük həmləsidir...

Gaffar Yakınca
“Aydınlık” qəzeti, Türkiyə, 14 yanvar 2021-ci il

Səyahət etdiyim illərdə Qərb siyasətinin meyillərini anlamaq üçün bəzi maraqlı yollar kəşf etdim. Bunlardan biri beynəlxalq hava limanlarındakı kitab mağazalarının rəflərinə baxmaqdır. Çünki Paris, Amsterdam və Frankfurt kimi böyük transfer stansiyalarındakı bu mağazalar mədəni hegemonluğun vitrinləri kimidir.

“Beynəlxalq elitalar” deyə biləcəyimiz kosmopolit bir qrupunun tez-tez gəldiyi bu yerlər, ümumiyyətlə, Qərbin ən böyük yayım və paylama inhisarları tərəfindən idarə olunur. Bu şirkətlər Qərb mərkəzli düşüncənin ideoloji mərkəzləri kimidirlər. Yüzlərlə ölkənin eyni anda bir mövzunu müzakirə etməsini istəyirsinizsə, bunu elan etmək üçün bu dükanların vitrinlərindən daha əlverişli yer tapa bilməzsiniz.

Olbraytın kitabı

2018-ci ildə vitrinlərin ön hissəsində gördüyümüz məşhur kitab keçmiş ABŞ dövlət katibi Madlen Olbraytın “Faşizm” əsəri idi. Aydındır ki, önümüzdəki bir neçə il ərzində müzakirə edəcəyimiz konsepsiya “faşizm” olacaqdı.

Əgər belə məşhur bir siyasətçinin yazdığı kitabın, təbii olaraq, vitrinlərdə önə çıxacağını düşünürsünüzsə, çox yanılırsınız. Məsələn, Olbraytdan çox daha önəmli bir şəxsiyyət olan Henri Kissincerin, demək olar ki, bütün baxışlarını açıqladığı şah əsəri olan “Dünya nizamı” kitabı 2015-ci ildə nəşr olundu və heç bu qədər diqqət çəkmədi. Elə həmin illərdə “Sapiens” adlı kitab da o böyük vitrinləri bəzəyirdi. Gənc bir İsrail tarixçisi tərəfindən “bəşəriyyət üçün” yazılan bu kitab, qısa müddətdə “bəşər əleyhinə” olan ədəbiyyatın mühüm bir hissəsinə çevrildi.

Qəribə bir faşizm

Olbraytın “Faşizm” kitabında da oxşar bir vəziyyət var. Tam adı “Faşizm: Bir xəbərdarlıq” olan bu kitabı oxuduqda yazarın məqsədinin imperializmin ehtiyaclarına uyğun gələn yeni bir faşizmin tərifini vermək olduğunu görürük. Bu gün gəldiyimiz nöqtədə faşizm təhlükəsinə qarşı xəbərdarlıq olaraq yazıldığı deyilən bu kitabın, əslində, inşa edilən “Yeni Faşizm”in mənbələrindən birinə çevrildiyi başa düşülür.

Təfərrüatlar bir yana, kitabın əsas ideyası 229-cu səhifədəki bu cümlə ilə öz əksini tapıb: “Siyasi bir hərəkatı faşist edən şey onun ideologiyası deyil, onun zəfər qazanmaq və itaət etdirmək üçün lazım olan hər şeyi etmək - hətta güc tətbiq etmək və başqalarının hüquqlarını pozmaq - əzmidir”.

Mussolini sağ olsaydı, yəqin ki, “Adolfla mən özümüzü faşist bilirdik, sən demə, Çörçill də faşist imiş!” deyib ağlayardı. Zarafat bir yana, Olbraytın kitabı bütün ictimai elmlərə və siyasi tarixə məhəl qoymadan faşizmin tərifini verməyə çalışır.

İqtidarın mahiyyəti, dövlətlə güc arasındakı əlaqə, sistemin necə qurulması, qanuniliyin necə yaradılması və hüququn necə işlədiyi kimi məsələlərə ictimai elmlərin birinci sinifində cavab verilir. Faşizmə bu qədər geniş və qəribə bir tərif vermək bu ilk dərsə belə davam etmədiyimizi göstərir. Halbuki Olbrayt yalnız yüksək səviyyəli siyasətçi və akademik deyil, eyni zamanda toplanma düşərgələrində ailəsini itirən bir faşizm qurbanıdır. Yəni onun faşizm barədə məlumatsız olması mümkün deyil.

Demokratik faşizmin inşası

Aydındır ki, bu qəsdən edilən bir təhrifdir. Yəni məqsəd qloballaşmanın dağıdıcı təsirlərindən qaçan bəşəriyyətin son sığınacağı olan milli dövlətləri gözdən salmaq və imperializmə müqavimət göstərən siyasətçiləri faşist kimi etiketləməkdir. Əslində, Olbrayt 270 səhifəlik kitabında milli liderləri faşist adlandırmaq üçün az qala dəridən-qabıqdan çıxıb. Trampdan Putinə, Çavezdən Orbana, Dutertedən Kazinskiyə qədər qlobalist şəbəkəyə müqavimət göstərən bütün liderlər faşist damğasından qurtula bilmirlər. Təbii olaraq, Rəcəb Tayyib Ərdoğan da Olbraytın ən çox adını çəkdiyi şəxslərdən biridir. Türkiyə Respublikasının faşist əməllər üzərində qurulduğunu iddia edən Olbraytın fikrincə, Ərdoğan bu irsin davamını və zirvəsini təmsil edir.

İndi isə ABŞ-dakı seçkilərdən dərhal sonra Olbraytın dünyaya təklif etdiyi faşizmin nə demək olduğunu daha yaxşı görə bilirik. Seçki oğurluğu ilə başlayan proses görünməmiş bir media çevrilişinə və daha sonra da “terrorla müharibə” adı altında bir cadugər ovuna çevrildi. Trampın devrilməsi isə tamamilə yeni bir faşizmin ilk böyük həmləsidir. Digər tərəfdən, başqa ölkələrə demokratiya öyrədən Olbrayt kimi şəxslər bu yeni faşizmi alqışlarla qarşılayır və “həqiqi demokratiya” kimi ona xeyir-dua verir.

Müxtəlif media oyuncaqları ilə bütün dünyaya tətbiq olunan bu proses demokratik faşizmdir. Uzun müddətdir ki, yalnız ABŞ-da deyil, bütün dünyada bəşəriyyətə qarşı müharibə elan edilib. Bəşəriyyətin gələcəyi isə apardığı mübarizədən asılıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar