Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Faşistlərə xidmət edən qadınlar – Avropa əhli onları rüsvayçılıqla mühakimə edib, dövlət göz yumub

Əllərində silah olan insanlar qapıları sındırıb içəri keçiblər, evdə olan qadınları məcburi çölə çıxardaraq mərkəzi meydanlara sürükləyiblər, müqavimət göstərməmələri üçün əl-qollarını bağlayıblar. İnsan kütlələrinin toplaşdığı meydanlarda peşəkar bərbərlər öz işlərini görməyə başlayıblar, qadınların saçlarını keçəl qırxıblar, qəzəbli insanlar arasında həmin qadınların paltarlarını cırıb lüt vəziyyətə salanlar da olub. Bəzi hallarda qadınların alnına, bədənlərinin ayrı-ayrı hissələrinə nasistlərin simvolunu da damğalayıblar. Sonra həmin qadınları şəhərin küçələrində gəzdiriblər. Bu “tədbir” alqış, gülüş, söyüş, qəzəb və fitlərlə müşayiət olunub.

Kim olub bu qadınlar? Hansı səbəbdən onları bu vəziyyətə salıblar? Xalqın qəzəbinə düçar olan qadınların günahları nədən ibarət olub?

Müharibələrin canlı itki, maddi ziyanla yanaşı, həm də olduqca ağır sosial-mənəvi fəsadları olub. İnsanlığın, insani dəyərlərin yox olduğu müharibə şəraitində əxlaqi keyfiyyətlər də heçə enib.

Təkcə II dünya müharibəsində dörd milyondan artıq qadın zorlanıb. Bununla yanaşı, könüllü, yaxud da təmənna qarşılığında bədənlərini satan qadınların sayı da az olmayıb. Almanlar tərəfindən işqal olunmuş ərazilərdə işğalçılarla yaxınlıq edən, intim əlaqəyə girən, yataqlarını bölüşən qadınların sayı isə on minləri keçib və bəzən bu intim əlaqədlərdən sonra onlar düşmənlə əməkdaşlıq etməyə də razılıq veriblər.

Vermaxtın əsgər və zabitləri ən ağır müharibə şəraitində belə asudə vaxtlarını qadın əyləncələri ilə keçirməyə xüsusi həvəs göstəriblər. Bu həvəsi nəzərə alan Almaniya rəhbərliyi məsələni rəsmi şəkildə həll edib. II dünya müharibəsi başlandıqdan bir neçə ay sonra Almaniyanın daxili işlər naziri Vilhelm Frik Adolf Hitlerlə məsləhətləşərək, Vermaxt qoşunlarının şəxsi heyəti üçün səhra fahişəxanalarının yaradılması ilə bağlı əmr imzalayıb. Bu əmrdən sonra almanlar tərəfindən işğal olunmuş ərazilərdə 500-dən artıq fahişəxana fəaliyyət göstərib. Ancaq tarixi faktlar sübut edir ki, Vermaxt qoşunları üçün bu azlıq edib. Belə ki, alman əsgər və zabitləri bu sahədə öz problemlərini özləri sərbəst həll ediblər və işğal olunmuş ərazilərdə “könüllülər”in sayı yetərincə olub.

Təbii ki, könüllü şəkildə işğalçı dövlətin əsgər və zabitləri ilə intim əlaqəyə girmək yerli əhali və yerli hakimiyyət tərəfindən birmənalı şəkildə satqınçılıq kimi qiymətləndirilib və mövcud durumda onların cəzalandırılması mümkün olduğu halda ən sərt cəza tədbirləri tətbiq edilib.

Elə SSRİ-nin özündə də işğal olunmuş ərazilərdə alman döyüşçüləri ilə könüllü intim əlaqəyə girənlərin sayı heç də az olmayıb. 7 fevral 1944-cü ildə SSRİ Yazıçılar İttifaqının plenumunda ukraynalı yazıçı Petro Pançın çıxışı da bu faktı təsdiq edib:

“İşğaldan azad olunmuş ərazilərdə müharibədən qayıdan xilaskarlarımızın gözünün içinə dik baxmaq olmur. Çünki bu ərazilərdə həyat yoldaşlarını müharibəyə yola salan qadınların bir çoxunun alman döyüşçüləri ilə yaxınlıqları, intim münasibətdə olmaları bir fakt kimi böyük narahatlıq doğurur...”

Bu məsələ ilə bağlı Kremldə uzun müzakirələr aparılmayıb. Mərkəzin qərarı qısa və konkret olub. Stalinin göstərişi ilə 18 fevral 1942-ci ildə “NKVD”-də əmr imzalanıb. Əmrə əsasən həmin qadınlar “NKVD” tərəfindən xüsusi qeydə alınıblar. İlk fürsət düşən kimi onlar ya yerindəcə güllələnib, ya da gedər-gəlməzə, Sibirə sürgün ediliblər. Bu əmrin icrası məxfi saxlanılıb, mətbuatda bununla bağlı heç bir açıqlama verilməyib.

Ayrı-ayrı Avropa ölkələrində də satılmış və bədənini satan qadınlarla bağlı fərqli tədbirlər həyata keçirilib.

Fransada isə bu məsələni insan kütlələrinin ixtiyarına veriblər. Qeyd edək ki, Fransanın Almaniyanın işğalı altında olduğu illərdə (1940-1944) bu ölkədə dünyaya gələn on minlərlə uşağın atası alman olub. Bəzi mənbələrdə bu rəqəm 200 mindən artıq göstərilib.

1944-1946-cı illərdə Fransada 20 mindən artıq qadın işğalçılarla könüllü intim əlaqəyə görə xalq tərəfindən özbaşına mühakimələrə cəlb olunub. Onlar yuxarıda qeyd etdiyimiz kimi yaşadıqları rayonların mərkəzi meydanlarına çıxarılıblar, saçları qırxılıb, paltarları cırılıb, xalqa bu cür təqdim olunublar. Nasistlərə olan sevgi, alman zabitləri ilə keçirilən əyləncəli gecələrin sonu məhz belə nəticələnib. Bu tədbirlərdə hökumət nümayəndələri hadisələrə mane olmayıb, bu proseslərdə heç bir siyasət, heç bir siyasi motiv güdülməyib.

Üç il davam edən bu tədbirlərin sonuncu ilini “Fransanın utanc ili” adlandırıblar. Bu cür tədbirlərlə Fransa Müqavimət Hərəkatı həm də xalqa öz mesajını verib, işğalçıların məhv edildiyini, bir daha ölkənin işğala məruz qalmayacağını və ən nəhayət, ölkəsinə xəyanət edənlərin son aqibətini nümüyiş etdiriblər.

No description available.

Bu cür mühakimələrdən sonra satılan qadınlar rəsmi məhkəmə qarşısına çıxarılıb. Onlar 6 aydan 2 ilə qədər azadlıqdan məhrumedtmə cəzasına məhkum ediliblər. Cəza müddəti az olsa da, bu qadınlar azadlığa çıxdıqdan sonra ictimai qınaq altında uzun illər işlə təmil oluna bilməyiblər, normal həyat tərzini bərpa etməkdə çətinlik çəkiblər.

“Horizontal kollaborasionist” (kollaborasionist – işğalçı düşmənlə əməkdaşlıq edən vətən xaini) adı alan bu qadınlar nə xalq qarşısında, nə də rəsmi məhkəmədə heç bir bəhanə ilə özlərinə bəraət qazana bilməyiblər. İşğalçılarla eyni yatağı bölüşən bu qadınlara mətbuat öz səhifələrində “səxavətlə” yer ayırıb.(Musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar