Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

FAO-nun sabiq baş katibi vəfat edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sabiq direktoru Jak Diuf 82 yaşında vəfat edib

ONA-nın xəbərinə görə, bu barədə FOA məlumat yayıb.

FOA-nun direktoru Tsyuy Dunyüy 1994-2011-ci illərdə FOA-ya rəhbərlik etmiş məşhur seneqallı siyasətçinin vəfatı ilə əlaqədar başsağlığı verib. T. Dunyüy J. Diufu "yoxsulluq, aclıq və yetərli qidalanmamaya qarşı yorulmaz mübariz" adlandırıb.

Qeyd edək ki, FOA-ya rəhbərlik müddəti başa çatdıqdan sonra J. Diuf Seneqal və Qvineya prezidentlərinin məsləhətçisi vəzifəsində çalışıb, 2014-cü ildə FAO-nun Saxara və Afrika buynuzu regionları üzrə xüsusi səfiri olub. Quruma rəhbərlik etdiyi dövrdə J. Diufun planetdə aclığa qarşı mübarizəsini FOA yüksək qiymətləndirib və onun adına mükafat təsis edib. Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə daha böyük töhfə verən şəxslər hər il bu mükafatla təltif edilirlər.

pia.az

Etiket:

loading...