Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FAO-nun baş direktoru Leyla Əliyeva tərəfindən Azərbaycana dəvət edildi - Foto

Fevralın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun yeni baş direktoru Qu Donqyu ilə görüşüb...

PİA.az xəbər verir ki, FAO-nun Romadakı baş ofisində keçirilən görüşdə əvvəlcə Leyla Əliyeva Qu Donqyunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Söhbət əsnasında Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı perspektivləri, FAO-nun bu istiqamətdə göstərdiyi səylər, eləcə də ekoloji maarifləndirmə, sağlam və məsuliyyətli ərzaq istehlakı və kənd yerlərinin inkişafı üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.

Leyla Əliyeva FAO-nun Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq üzrə həyata keçirilən mühüm layihələrini yüksək qiymətləndirdi və ölkəmizdə bu sahələrin inkişafına verilən töhfəyə görə minnətdarlığını bildirdi.

Qu Donqyu, öz növbəsində, Azərbaycanın regionun lider dövləti kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rola malik olduğunu qeyd etdi.

Həmçinin görüşdə “Sıfır aclıq” qlobal məqsədinin icra vəziyyəti, içməli suyun keyfiyyəti və çatışmazlığı məsələləri müzakirə edildi, dünyada aclığın aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi üzrə mümkün tərəfdaşlığa dair fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Leyla Əliyeva FAO-nun baş direktoru Qu Donqyunu Azərbaycana səfərə dəvət etdi.\Report\

pia.az

Fotolar




Etiket: Leyla Əliyeva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar