Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fahişəliyinin ənənə sayıldığı Hindistan icması

Hindistanın Bacchara icmasında qızlar, əsasən də azyaşlılar fahişəliyə məcbur edilirlər...

Qanun əksini diktə etsə də, icmanın dolanışığı bu əsrlərə dayanan seks mübadiləsi ənənəsindən keçir.

Əksər hindistanlı ailələr hələ də övlad kimi qızdan çox oğlana üstünlük verirlər, amma Heena-nın dünyaya gəlişi ailəsi üçün bayram olub.

Təəssüf ki, səbəbi heç də ürəkaçan deyil.

O, ölkənin ucqar bir ərazisində yaşayan Bacchara icmasındandır.

Əsrlərdir ki, icmanın üzvləri ailənin böyük qız övladını 10-12 yaşında seks işinə məcbur edirlər.

Evin böyük qızı yaşa dolduqdan sonra, onun yerinin daha gənc bacıları tutur.

Nəsildən-nəslə keçən bu vərdiş 'ənənə' kimi qiymətləndirilir və kişilər bu gənc qızların qazandığı pul ilə yaşayırlar.

Bəzi hallarda ata və ya qardaş 'aradüzəldən' rolunu icra edir.

Bu icmadakı toylar da fərqli keçirilir. Gəlinin ailəsi qızları üçün böyük miqdarda pul tələb edir. Buna cehiz əvəzi deyirlər.

Başqa nə edə bilərdim ki?

Heena doğulan gündən bunun üçün tərbiyə edilib və kiçik yaşda fahişəliyə başlayıb.

"İlk dəfə bu işi görməyə məcbur edilərkən 15 yaşım var idi. Məktəbdən çıxıb, anam və nənəmin yolunu davam etdirməli oldum," o, BBC Hindistana deyib.

Hər gün o, varlı kişilərdən tutmuş, yük maşını sürücülərinə qədər bir neçə müştəriyə xidmət edirmiş.

"18 yaşımda bunun nə qədər yanlış olduğunu başa düşmüşdüm və çox acıqlı idim. Amma nə edə bilərdim ki?

"Bu yolla pul qazanmasam, ailəm necə dolanardı?"

Bacchara-lılar Hindistanın kasıb icması hesab olunur və ailənin maddi vəziyyəti üçün adətən qadından asılı olurlar.

Bir yerli qeyri-kommersiya təşkilatının koordinatoru Akash Chouhan-a əsasən, "bu işi icra edən qızların üçdə biri azyaşlılardır".

Bir vaxtlar köçəri tayfa olan Bacchara-lalılar Madya Pradeş ştatının üç mərkəzi rayonunda məskunlaşıbılar.

Onlar əsasən ucqar ərazilərdə və ya sürücülərin istirahət üçün dayandığı magistral yolların kənarlarında yaşayırlar.

Ticarətin fəndləri

Gənc qızlar ipdən hazırlanan çarpayılarda tək-tək və ya qrup şəklində müştəriləri gözləyirlər.

Adətən yaxınlıqdakı kiçik budkalarda müştəri ilə razılaşmaq üçün bir nəfər olur və həmin şəxs çox vaxt qızın ailə üzvü olur.

Müştəri ilə "aradüzəldən" 100 və 200 Hindistan rupisi (2.47 manat və 4.77 manat) arasında dəyişən məbləğ əsasında razılığa gəlirlər.

Yerlilər bakirə qızların daha baha qiymətə olduğunu deyirlər, adətən 5000 rupiyə (122.76 manat) qədər çatan məbləğ.

"Hər gün gün ərzində təxminən 4-5 kişi gələrdi. Gecələr isə biz hotellər və ya yaxınlıqdakı yerlərə gedərdik.

"Həmişə infeksiyaya yoluxmaq riski var idi," Heena xatırlayır.

Seks işçisi olan qadınlar eyni icmanın kişiləri ilə evlənə bilməzlər.

Heena canını bu sistemdən yerli qeyri-kommersiya təşkilatının köməyi ilə qurtara bilib.

"Ancaq bu pis təcrübəni yaşayan qızlar əziyyəti başa düşə bilər. Bu hissi çox yaxşı anladığım üçün kömək əlimi uzadıb, təcrübəyə son qoymaq istəyirəm."

Sosial mənada qadağan olan bu təcrübənin kökü ilə bağlı bir çox fərziyyələr mövcuddur. Birinə əsasən, bu köçəri tayfanın üzvləri gəlmələr olduğuna görə pul qazanmaqda çətinlik çəkiblər. Kasıblıqdan qurtarmaq üçün bu yolu seçiblər.

Qanun nə deyir?

Hindistanlıların oğlan övladına qızdan daha çox üstünlük verməsi cinsi nisbəti təhlükəli şəkildə pozub. Lakin buradakı problem əksinədir.

"İcmanın təxminən 33 min üzvü var və onların 65 faizi qadınlardır," Akash Chouhan deyir.

Qadınların sayının çox olmasının səbəbinin biri də bu regionlara qızların qeyri-qanuni ticarətidir.

"Biz ötən bir neçə ayda bu ərazilərdən 50 az yaşlı qız xilas etmişik," polis rəisi Manoj Kumar Singh BBC-yə deyib.

"Biz hətta 2 yaşlı qız da tapmışdıq. O, indi sığınacağa göndərilib."

Manoj söyləyir ki, bənzəri reydləri tez-tez təşkil etsələr də, bu iyrənc ənənə yalnız sosial maariflənmə vasitəsilə dayana bilər.

İcmanın yaşadığı Madya Pradeş ştatı bu yaxınlarda 12 yaşdan aşağı uşaqları zorlayanlara ölüm cəzası verəcək qanun qəbul edib.

18 yaşdan aşağı kəslərlə cinsi əlaqədə olan insanlar üçün də həbs müddəti artırılıb.

Lakin bu tədbirlər də kömək olmayıb.

Qarşıdakı yol

Bacchara-lılar arasında bu təcrübəni aradan qaldırmaq üçün 1993-cü ildə layihə təqdim olunub. Amma hələ də tam olaraq tətbiq olunmayıb.

Qadın və Uşaq İnkişafı nazirliyindən Rajendra Mahajan deyir: "Hər il biz layihəni tətbiq etmək üçün qeyri-kommersiya təşkilatlarına reklamlar veririk, lakin indiyə qədər onlardan heç biri meyarları doldura bilməyib."

Jabali layihəsi təhsil, sağlamlıq və maarifləndirmə vasitəsilə bu qadınların reabilitasiyasına köklənib.

Lakin istər hökumətin dəstəyi ilə, istərsə də başqa şəkildə yavaş-yavaş dəyişikliyi sezmək mümkündür.

İcmanın bəzi gənc üzvləri başqa yerlərdə iş taparaq və ya təhsillərini davam etdirərək normaları qıra bilirlər. Kömək təklif edən başqa yerli təşəbbüslər də mövcuddur.

Heena da 2016-cı ildə onu xilas edən bu cür təşəbbüs mərkəzlərindən birinin üzvüdür.

"Mən başqa qızlara dəstək tapmaq və bu sahədən uzaqlaşmaq üçün kömək edirəm. Mən əlimdən nə gəlirsə edəcəyəm," o deyir.

Bu qeyri-kommersiya təşkilatı azyaşlı uşaqlara pulsuz təlimlər verir.

"Qızlar başqa iş yeri olmadığına görə bu yolla pul qazanırlar.

"Onları irəli aparan yol yalnız və yalnız təhsil olacaq," Meena deyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar