Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faciəyə qarşı siyasi cəsarət - Video

1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri oldu.

20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi.

Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirdi.

O zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi.

Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi.

Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.

Ümummilli lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatında deyilir:

“Mən bunu qəti şəkildə qınayıram, bunun antihumanitar, antidemokratik, ağır nəticələr gətirən, insan haqlarına zidd olan akt kimi dəyərləndirirəm. Azərbaycanda bu qərarı verən rəhbərlər məsuliyyət daşımalıdırlar. İlk növbədə xalq qarşısında Vəzirov cavab verməlidir. Hansı ki, dünən Azərbaycandan qaçıb. Azərbaycan rəhbərliyi yuxarıda oturan şəxslərə yanlış məlumatlar, dezinformasiya çatdırıb. Mən hesab edirəm ki, rəhbərlik yetəri qədər məlumatlı olmayıb. Onların fikir qarışıqlığı da bu nəticəyə gətirib çıxarıb. Mən hesab edirəm ki, günahkarların hamısı məsuliyyət daşımalıdır”.

“Həmin dövrdə əsl siyasi igidliyi, vətənpərvərliyi göstərən yeganə şəxs ümummilli lider Heydər Əliyev oldu”.

Bu sözləri politoloq Qabil Hüseynli 20 Yanvar faciəsi haqqında danışarkən deyib.

O bildirib ki, həmin gün Heydər Əliyev böyük mətbuat konfransı keçirib: “Heydər Əliyev birbaşa Qorbaçovu ittiham etdi ki, Bakıda tökülən qanların birinci günahkarı odur. Məhz onun göstərişi ilə dinc əhaliyə divan tutulub. Onun göstərişi ilə ordu qüvvələri dinc əhaliyə atəş açıb”.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar