Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Facebook”da olan nazirlər - Siyahı

Hakimiyyət düşərgəsində təmsil olunanların “Facebook”a axını davam edir

Prezidentin köməkçisi Əli Həsənov və baş nazirin müavini Əli Əhmədovdan sonra baş nazirin digər müavini Əli Həsənov da “Facebook”a gəlib.
Sentyabrın 4-də Əli Həsənovun adına səhifə açılıb. Səhifənin iki minə yaxın şəxs izləyir. Yeri gəlmişkən, Baş nazir Novruz Məmmədovun da adına “Facebook” səhifəsi var. 2010-cu il aprelin 22-də yaradılan səhifənin 2000 mindən artıq şəxs izləyir. Lakin səhifə aktiv deyil. Novruz Məmmədov sonuncu paylaşımı 2018-ci il avqustun 26-da edib. Paylaşım Qurban Bayramı ilə bağlı təbrikdən ibarətdir. Novruz Məmmədov “Facebook”da passiv olsa da, “Twitter”də kifayət qədər fəaldır.

Bəs nazirlərdən Facebook-da kimlər var? “Yeni Sabah” bununla bağlı araşdırma aparıb.

Bəlli olub ki, “Facebook”da Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adına 2 səhifə var. Bunlardan biri 2017-ci il yanvarın 8-də yaradılıb. 547 nəfər izləyicisi olan səhifə aktiv deyil. Digər səhifə isə “Kamaladdin Heydarov” adı ilə 2011-ci il oktyabrın 27-də yaradılıb. Bu səhifənin 70 mindən çox izləyicisi var. Səhifə 2015-ci ilə qədər aktiv fəaliyyət göstərib. Sonuncu paylaşım 2015-ci il iyunun 30-da edilib. Paylaşım ölkə başçısı İlham Əliyevin Kəmaləddin Heydərovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi barədədir. Bundan sonra heç bir paylaşım edilməyib.

Xarici işlər naziri Elmar Məmmədyarovun adına isə “Facebook” hesabı var. Lakin hesabın saxta olduğu ilk baxışdan aydın olur. Nazirin adına olan hesabın “zaman tuneli” və “dost siyahısı” boşdur.

“Facebook”da adına hesab olan nazirlərdən biri də Kənd Təsrrüfat naziri İnam Kərimovdur. Hesab aktiv olmasa da, “feyk” də deyil. Çünki “zaman tuneli”ndə KTN-nin fəaliyyəti ilə bağlı foto və mətnlər gözə dəyir. Həmçinin, sonuncu paylaşım bu ilin iyul ayının 24-nə təsadüf edir. Paylaşım Azərbaycan Dövlət Aqrar Universitetinin reklamı ilə bağlıdır. İnam Kərimovun hesab ilə bağlı maraqlı məqamlardan biri də “friend listi”nin publik olmamasıdır. Yəni, nazirin dostluq siyahısında kimlərin olduğunu bilmək üçün onunla “dostlaşmaq” lazımdır. Hətta mümkündür ki, nazirin “dost siyahısı”na əlavə olunacağınız təqdirdə belə, bütün “friend list”i deyil, yalnız ortaq dostları görmək imkanınız olsun. Amma biz İnam Kərimovun bu qədər məxviliyə baş vuracağına inanmırıq. Hər halda o xüsusi xidmət orqanının rəhbəri deyil.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də virtual məkana baş vurub. Onun adına olan səhifə 2016-cı il iyulun 1-də yaradılıb. Səhifə aktiv işlədilir.

“Facebook”da adına aktiv səhifə olan nazirlərdən biri də Təhsil naziri Ceyhun Bayramovdur. Onun adına olan səhifə 2018-ci il mayın 7-də yaradılıb. Səhifənin 17 mindən çox izləyicisi var.

Vergilər naziri Mikayıl Cabbarovun adına olan səhifə də aktivdir. 2013-cü il avqustun 30-da yaradılan səhifənin 30 mindən artıq izləyicisi var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar