Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Facebook və Twitter-dən Çinə etiraz

Honq Konqda Çinin dəstəklədiyi hesablar bağlanıb

Populyar sosial media şəbəkələri olan Twitter və Facebook avqustun 19-da Çinin dəstəklədiyi, Honq Konqda “siyasi narazılıq yaratmaq” niyyəti güdən hesabları bağlayıblar.

Twitter Çinin hərəkətlərini dövlətin dəstəklədiyi dezinformasiya kampaniyası adlandırıb, 963 hesabı bağladığını bildirib. Ümumilikdə 200 minədək hesabın isə dezinformasiya yaya bilməsini önləməkdən ötrü profilaktika məqsədilə bağlandığı vurğulanıb.

Twitter kampaniyanı “spam şəbəkəsi”, Honq Konqda “etiraz hərəkatının legitimliyinə və siyasi mövqelərinə” zərbə vurmağı hədəfləyən koordinasiyalı iş adlandırıb.

Twitter Facebook-a da xəbərdarlıq edib və sonuncu “yeddi səhifəni, üç qrupu, beş hesabı” bağlayıb.

Facebook-un bildirməsinə görə, araşdırma Çin hökumətinə bağlı fərdlərə əlaqələri üzə çıxarıb.

“Onlar tez-tez Honq Konqdakı etirazlar kimi yerli siyasi xəbərlər və məsələlər haqda postlar yerləşdiriblər”, – Facebook-un kibertəhlükəsizlik siyasətinin rəhbəri Nataniel Gleyçer söyləyib.

Onun sözlərinə görə, “bu fəaliyyətin arxasında duranlar kimliklərini gizlətməyə çalışsalar da, araşdırmamız Çin hökumətinə bağlı fərdlərə əlaqələri üzə çıxarıb”.

Twitter bəyanatında ayıq-sayıqlığı davam etdirəcəklərini vurğulayıb.

İyunun əvvəlində Honq Konqda etirazçılar şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə görə küçələrə çıxıblar. Sonradan yerli hakimiyyət qanun layihəsinin təxirə salındığını elan edib, ancaq onu rəsmən ləğv etməyib. Şəhərin başçısı Kerri Lam istefaya getməkdən imtina edib.

Etirazçıların tələbləri də genişlənib və avqustun 18-də etirazların 11-ci həftəsi başa çatıb.

Çin hökuməti bu muxtar ərazidə küçələrə etiraza çıxanları kəskin tənqid edib, onların davranışıın “terrorçuluğa yaxın” olduğunu deyib. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar