Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Facebook” kriptovalyutasına vəsait qoyanların sayı artır

“Libra” istifadəçiləri onunla on-line bazarlıq zamanı ödəniş edəcək, həmçinin kriptovalyutanı bir-birinə ötürəcəklər

“Visa İnc.”, “MasterCard İnc.”, “PayPal Holding İnc.” Kimi ödəniş sistemi operatorları, həmçinin taksi və yemək çatdırmaq xidmətləri göstərən “Uber Technologies İnc.” vs. bəzi iri şirkətlər “Facebook”un gələn həftə təqdim, gələn ildən də tətbiq etmək niyyətində olduğu kriptovalyutasını dəstəkləyərək “Libra” adı veriləcək həmin valyutanı idarə edəcək konsorsiuma hərəyə 10 milyon dollaradək vəsait qoyacaqlar.

“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, “Libra” istifadəçiləri onunla on-line bazarlıq zamanı ödəniş edəcək, həmçinin kriptovalyutanı bir-birinə ötürəcəklər.

Hazırda “Libra”nı dəstəkləyən 10-dan artıq nüfuzlu şirkətin olduğunu bildirən mənbələrin dediyinə görə danışıqlar hələlik davam edir və “Libra Assotiation” adı verilən konsorsiumun tərkibi daha da genişlənə bilər.

pia.az


Şərh yazın.

loading...