Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Facebook dolları və Avropanı çökdürə bilər – Yeni valyuta

Fransa, Almaniya və İtaliya Facebook-un buraxmağa hazırlaşdığı «Libra» kriptovalyutasını qadağan etməyə hazırlaşırlar...

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib ki, «Libra» ilə Avropanın suverenliyi karta qoyulub. Libra bivalyuta zənbilindən formalaşacağına görə, Facebook-un 2,5 milyard istifadəçisi Avropa Birliyində maliyyə sabitliyini pozacaq.

Nazir bildirib ki, Berlin, Paris və Roma Facebook-un gələn il buraxmağa hazırlaşdığı Libra kriptovalyutasına Avropada qadağa qoyacaqlar. Bununla yanaşı, nazir görüləcək tədbirləri açıqlamayıb.

Nazir bildirib ki, yeni valyutanın yaratdığı əsas problemlərdən biri onun bivalyuta zənbilinə bağlanmasıdır (yəni yeni valyutanın məzənnəsi avro və dolların birgə məzənnəsinə əsasən formalaşacaq).

«Facebook şirkəti istənidən pul vathidinə təsir edə biləcək, bunun üçün zənbildə hansı valyutanın payının necə olacağını müəyyən etmək kifayətdir. Bu dövlətlərin effektivliyinə təsir edəcək və pul-kredit siyasətini zəiflədcək»-deyə maliyyə naziri bildirib.

Onun sözlərinə görə, 2,5 milyard istifadəçisi olan şəbəkənin Avropanın maliyyə sisteminə qarışmasının əleyhinədir: «Biz razı olarıqmı ki, pul-kredit siyasəti Facebookun əlində cəmləşsin? Xeyr! Biz yalnız avropa normaları daxilində fəaliyyət göstərən rəqəmsal valyutanın buraxılmasına razıyıq».

Bir qədər əvvəl Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü Benua Köre də bildirmişdi ki, kriptovalyutanın dövriyyəyə buraxılması beynəlxalq maliyyə sisteminə və milli iqtisadiyyatlara təhlükə yaradacaq.
«Təsəvvür edin ki, zəif bank sektoru olan ödkədə əhali öz alış-satışları və yığımları üçün kütləvi şəkildə kriptovalyutadan istifadə edir. Bu valyutanın məzənnəsinə heç bir dövlət və ya bank qarantiya vermir və onun çökməsi fəlakət olardı».

Bank təmsilçisi bildirib ki, Avropa maliyyə bazarında kriptovalytanın işləməsinə qarşı deyil, bir şərtlə ki, bu sahənin tənzimlənməsi ilə bağlı bütün qaydalar tərtib olunsun və bütün risklər aradan qaldırılsın.
Xatırladaq ki, bir həftə əvvəl Visa, MasterCard, Stripe və EBay şirətləri də Facebook-un yaratdığı Libra layihəsindən çıxıblar. Libra nümaynədələri bildiriblər ki, həmin şirkətlərə təzyiqlər olub.
Rusiya Bankı da yeni valyutaya ehtiyatla yanaşır, üstəlik, burada hesab edirlər ki, Telegram və Facebook-un kriptovalyuta buraxması şəbəkələrdə yeni fırıldaqçılıq sxemlərinə yol açacaq. Bank nümaynədəsi Valeri Lyax bildirib ki, şəbəkədə Gram və Libra adlandırılan yalançı kriptovalyutalar da ortaya çıxa bilər. (fed.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar