Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“F-16”lar düşməni niyə bu qədər narahat edir? - Video

Döyüşlər başlayan gündən indiyədək Ermənistan və onun havadarları dəfələrlə Azərbaycanda "F-16" qırıcı təyyarələrinin olmasından narahatlığını ifadə edən açıqlamalar verirlər.

Guya Azərbaycan torpaqların işğaldan azad edilməsində həmin "F-16"lardan istifadə edir. Ancaq bu iddia dəfələrlə yüksək səviyyədə təkzib olunub. Bəs "F-16" qırıcıları düşməni və onların havadarlarını niyə bu qədər narahat edir? Mövzunu əməkdaşımız hərbi ekspertlə davam etdirib.

Döyüş meydanında uduzan Ermənistan F-16 təyyarələri ilə bağlı iddialar ortaya atmaqla münaqişəyə başqa ölkələri cəlb etmək istəyir.

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən düşmən və onu silah-sursatla təmin edən havadarları Azərbaycana təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən Türkiyənin F-16 təyyarələrdən narahatdırlar.

Bunu işğalçı ölkə rəhbərliyinin, eləcə də havadarlarının səsləndirdikləri bəyanatlardan, habelə Ermənistanın təbliğat maşınında tez-tez dərc edilən təxribat xarakterli xəbərlərdən də aydın görmək olur. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, düşmənin bu təşvişi başadüşüləndir. Çünki Paşinyan rejimi bu yolla ölkə ictimaiyyətinin diqqətini məğlubiyyətdən təxribatlara yönəltmək istəyir.

Ekspert deyir ki, Ermənistan rəhbərliyinin əsas məqsədi bu cür absurd iddiaları tez-tez ortaya atmaqla 3-cü ölkələri münaqişəyə cəlb etməkdir.

Ümumiyyətlə bu təyyarələr Ermənistan üçün qorxulu kabusdur. Çünki arsenallarındakı hava hücumundan müdafiə sistemləri F-16-ları zərərsizləşdirməkdə acizdir.

Üzeyir Cəfərov deyir ki, Azərbayan pilotlarının döyüş bacarıqları da düşməni vahiməyə salan vacib amillərdəndir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar