Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

F-16 təyyarəsi qəzaya uğradı: anbarın üstünə düşdü

Kaliforniya ştatında “F-16” qırıcı təyyarəsi “March Reserve Air Force Base” hərbi hava bazasının yaxınlığında qəzaya uğrayıb

Yerli KİV-lərin məlumatına görə, qırıcı təyyarə uçma-enmə zolağının yaxınlığındakı anbarın üstünə düşüb. Qəza nəticəsində bina alovlanıb, lakin anbarın etibarlı yanğınsöndürmə sistemi yanğının geniş yayılmasına imkan verməyib. Pilot katapultla tullandığı üçün zərər çəkməyib. Yanğınsöndürmə xidmətinin nümayəndələri bildiriblər ki, anbarda işləyən 12 nəfər yüngül xəsarət alıb. Polis hadisə yerindən 1,5 kilometr radiusda olan insanları təxliyə edib.

Qırıcı təyyarənin pilotu Kaliforniya Milli Qvardiyasında xidmət edir, təyyarə özü isə Su-Folsdakı “South Dakota Air National Guard” hərbi bazasına məxsusdur. Kaliforniya Milli Qvardiyasının nümayəndələri bildiriblər ki, Şimali Amerika hərbi-kosmik komandanlığının rəhbərliyi altında təlim-məşq uçuşu keçirən qırıcı F-16 təyyarəsinə nəzarətin itirilməsi hidravlika sistemində yaranmış nasazlıqla bağlıdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar