Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eyyub Yaqubovun konserti ətrafında qalmaqal böyüyür

İsveçdə yaşşayan Emil Mirzəyev: “Həmin şəxs tədbirdə iştirak edənlərdən üzr istəsin”

Xalq artisti Eyyub Yaqubovun İsveçdə Laçının işğal günündə konsert verdiyi barədə səslənən iddialarla əlaqədar “Yeni Müsavat”ın 19 may sayında yazı gedib. Həmin məqalədə konsert tədbirinin təşkilatçısı, Vahid Azərbaycan Dərnəyinin rəhbəri Ayə Coşqun və İsveçdə siyasi mühacir kimi yaşayan Kənan Hacıəkbəroğlunun fikirləri gedib.

A.Coşqun iddiaları yalanyaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar tədbir təşkil etdiklərini və bunun da mayın 17-də deyil, 18-də keçirdiklərini söyləyib. Eyni zamanda, o, E.Yaqubov səhnədə oxuyan zaman video-kadrlarda erməni bayrağının keçməsinə də aydınlıq gətirərək, bunun təxribat olduğunu bildirib. Bununla bağlı hətta bir sıra faktlar da açıqlayıb. Ayə Coşğun bildirib ki, söhbət konsertdən öncə nümayiş olunan filmdən gedir. Həmin filmdə bir sıra ölkələrlə yanaşı, Ermənistan bayrağının da görüntüsü var.

K.Hacıəkbəroğlu isə, tədbirin keçirilməsinə sərt etirazını bildirərək, orada iştirak edənlərin vətənpərvər olmadığını qeyd edib. Siyasi mühacir daha ciddi ittiham səsləndirərək, tədbirin təşkilatçılarının pul qazanmaq üçün belə konsert təşkil etdiklərini bildirib.

K.Hacıəkbəroğlunun dedikləri ilə bağlı İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev redaksiyamı zəng edərək öz fikirlərini bildirib. O, musavat.com-a açıqlamasında Kənan Hacıəkbəroğlunun dediyi sözlərə görə üzr istəməsini tələb edib:

“Mayın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı tədbir olub. Biz də o tədbirdə iştirak etmişik. Eyni zamanda, Azərbaycanın İsveçdəki səfirliyində çalışanlar, koordinasiya şurasının üzvləri və digər şəxslər iştirak ediblər. Biz məqaləni oxuyandan sonra özümüzü təhqir olunmuşuq hesab etdik. O adam sizin qəzetə deyir ki, tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Bu ifadə düzgün deyil. Azərbaycandan çıxan bizim kimi şəxslər elə adamlardan daha çox vətənpərvər olurlar. Vətənin sevgisini, vətənə olan qayğıları burada hiss edirik. Nə qədər pafoslu olsa da, ürəkdən deyirəm ki, biz azərbaycanlıyıq, burada ölkəmizin mövqelərindən çıxış etməliyik, onun maraqlarını hər yerdə qorumalıyıq. Damarlarımızda azərbaycanlı qanı axır. Bizim üçün öncə Azərbaycan, ondan sonra İsveç gələ bilər. Bir daha deyirəm ki, tədbir 17 mayda deyil, ayın 18-də olub. Orada çox hörmətli şəxslər iştirak ediblər. Tədbirə Danimarikadan, Hollandiyadan diaspora təmsilçiləri qatılıb. Çox istərdim ki, həmin şəxs tədbirdə iştirak edənlərdən üzr istəsin. Digər tərəfdən, məqalədə biznes məsələsini qaldırır ki, guya oradan pul qazanırıq. Bununla bağlı əlimdə kifayət qədər sübutlar var və bunu Ayə Coşqun faktlarla sizə təqdim edə bilər. Eyyub müəllim bu tədbirdə pulsuz oxumaq üçün gəlib. O, Azərbaycanı tanıtdırmaq üçün bura səfər edib. Ayə xanımın bu tədbirdən pul qazanmaq niyyəti ola bilməz”.

pia.az


Etiket: Eyyub Yaqubov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar