Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

EYOF: Azərbaycan güləşçiləri növbəti gündə 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər - Yenilənib - 4

Sərbəst güləşçi Sabir Cəfərov final görüşünü keçirib

Azərbaycan sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Cəfərov gümüş medalla kifayətlənib.

48 kq-dakı Mircava Nəbiyev İsveçrəli Tomas Fişeri məğlub edərək bürünc medala sahib olub.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

***18:03

Azərbaycanın daha bir qadın güləşçisi Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.

Bundan öncə digər qadın güləşçi Gültəkin Şirinova (46 kq) da finalda uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən biri final, digəri bürünc medal görüşünə çıxacaq.

*** 17:25

Azərbaycanın qadın güləşçisi Gültəkin Şirinova Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report"un məlumatına görə, 46 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hazırda 4 qızıl, iki gümüş və bir bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən ikisi final, biri isə bürünc medal görüşünə çıxacaq.

***17:02

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Rusiya təmsilçisi Maqomed Qiqiyevlə üz-üzə gəlib. Cəfərov qələbə qazanaraq qızıl medala sahib olub. Bu isə Azərbaycan güləşçilərinin 4-cü qızıl medalıdır.

Bu gün digər yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) da qızıl medal əldə edib. Azərbaycanın daha üç güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

***16:35

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report"un məlumatına görə, 48 kq çəkidə yarışan idmançı həlledici görüşdə Xviça Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.

Qarşılaşmada qalib gələn Azərbaycan təmsilçisi qızıl medal əldə edib.

Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

pia.az


Etiket: Bakı 2019 EYOF


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar