Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynşteyn: Kitabdan tapa biləcəyinizi heç vaxt yadda saxlamayın

Albert Eynşteynin dedikləri
Tərcümə – İlqar Tağı

Yaşamın iki qaydası var – həyatda heç bir möcüzə yoxmuş kimi və ətrafda hər şey möcüzəymiş kimi.

Ancaq axmaqlar nizama ehtiyac duyar – dahilər xaosa hakimlik edər.

Nəzəriyyə odur ki, hər şey bəllidir, amma heç nə çalışmır. Praktika odur ki, hər şey çalışır, amma bilinmir necə.

Biz nəzəriyyə ilə praktikanın vəhdətini yaratdıq – heç nə çalışmır… və heç kim bunu anlamır!

Təhsil – məktəbdə bütün öyrəndiklərin unudulandan sonra qalan şeydir.

Biz hamımız dahiyik. Amma siz balığı onun ağaca dırmaşa bilmək qabiliyyətinə görə mühakimə etsəniz, o həyatı boyu özünü axmaq hesab edəcək.

Ancaq absurd cəhdlər etməyə can atanlar mümkün olmayana nail olurlar.

Deyə bilmərəm, üçüncü dünya müharibəsində hansı silahlardan istifadə olunacaq, ancaq dördüncüsü daş və kəsəklərlə olacaq.

Təxəyyül bilikdən vacibdir. Bilik məhduddur, təxəyyülsə inkişafı stimullaşdırıb təkamülü törədərək, bütün dünyanı əhatə edir.

Eyni şeyi edərək fərqli nəticə gözləmək əbəsdir.

Sən problemi törətmiş şəxs kimi düşünsən, onun həllini tapa bilməyəcəksən.

Kimsə əməyinin bəhrəsini dərhal görmək istəyirsə, çəkməçiliyə getsin gərək.

Hər kəs bilir, mümkünsüzdür – lakin, bunu anlamayan avamın biri peyda olur və kəşf edir.

Həyat – velosiped sürmək kimidir, müvazinəti itirməməkçün daim hərəkətdə olmalısan.

Sərhədlərini genişləndirilən şüur ilkin halına bir daha dönməz.

İnsan özünü aşandan sonra əsl həyatını yaşayır.

Uğur qazanmağa yox, həyatını mənalandırmağa can at.

Riyaziyyat – özünü aldatmağın ən mükəmməl üsuludur.

Şöhrət artdıqca kütləşirəm; güman ki, bu hamıya şamil edilə biləcək ümumi qaydadır.

Xoşbəxt həyat sürmək istəyirsizsə, siz insanlara və əşyalara yox, məqsədlərinizə bağlı olmalısınız.

Beynəlxalq qanunlar ancaq beynəlxalq qanunların məcmuələrindədir.

Allah təsadüflərin köməkliyi sayəsində anonimliyini qoruyur.

Tək bir şey mənim öyrənməyimə mane olur, o da təhsilimdir.

Həyatım boyu dözə bildiklərim – iki müharibə, iki arvadım və Hitler olmuşdur.

Məni dalana dirəyən sual – dəli mənəm, ya ətrafımdakılar?

Heç vaxt gələcək haqda düşünmədim – o özü yubanmadan gəlir.

Bu dünyanın ən böyük ağılasığmazlığı onun ağılasığan olmasıdır.

Heç vaxt səhv etməyən insan, yeni nəyisə sınamayıb, demək.

Hər kəs aldadır, – bu qorxulu deyil, heç kim heç kəsi dinləmir.

Ehtimal nəzəriyyəsi təsdiqini tapsa, almanlar mənim alman olduğumu deyəcəklər, fransızlarsa – dünya adamıdır deyəcəklər; təsdiqini tapmadıqda isə – fransızlar məni alman kimi, almanlarsa yəhudi kimi elan edəcəklər.

Elə bilirsiz hər şey bu qədər sadədir? Hə, hər şey sadədir. Amma, bu heç də elə deyil.

Təxəyyül – ən vacib olandır, o həyatımıza qatdıqlarımızın əksidir.

Mən dahi olmamaqçün həddən artıq dəliyəm.

Divarı kəlləylə yarmaqçün ya yürüyüb kəllə vurmalısan, ya da çox sayda kəllə vurmalısan.

Əgər siz altı yaşlı uşağa nəyisə izah edə bilmirsizsə, demək siz özünüz də anlamayıbsız.

Məntiq sizi A məntəqəsindən B-yə kimi apara bilər, təxəyyülsə hara istəsəniz…

Udmaqçün əvvəlcə oynamalısan.

Kitabdan tapa biləcəyinizi heç vaxt yadda saxlamayın.

Stolun üstündəki pərakəndəlik beyindəki qarışıq fikirlərdən xəbər verirsə, bəs üstü boş stol nədən xəbər verir?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar