Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evlər bu tarixdə söküləcək - Sürüşmə sahəsində

Sürüşmə sahəsindən köçürülən ailələrlə bağlı yeni qərar verilib

Nazirlər Kabineti Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan və müvəqqəti olaraq həmin ərazidən köçürülən 98 ailə ilə bağlı yeni qərar verib. BakuPost-a daxil olan məlumata görə, sözügedən ailələrə verilən kirayə haqqının müddəti 2 ay artırılıb.

Məıumat üçün bildirək ki, 29 dekabr 2018-ci il tarixdə BakuPost hökumətdəki mənbələrə istinadən baş nazir Novruz Məmmədovun 98 ailənin köçürülməsi ilə əlaqədar Maliyyə Nazirliyinə tələb olunacaq xərclərin həcmini, o cümlədən hansı mənbələrdən həmin maliyyə vəsaitinin ayrılacağını müəyyənləşdirmək üçün tapşırıq verdiyini, eyni zamanda bu proses müəyyən vaxt tələb etdiyindən Nazirlər Kabinetinin 98 ailəyə ayrılan müvəqqəti kirayə pullarının daha 2 ay verilməsi barədə qərar qəbul ediləcəyini yazmışdı.

Hazırda baş nazirin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyi kompensasiya üçün tələb edilən vəsaitlərin müəyyənləşdirilməsi işləri ilə məşğuldur. Mart ayında 98 ailəyə kompensasiya verilərək ərazidəki evlərin sökülməsinə başlanılması nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib.

Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 98 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq 2018-ci l fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Keçən ilin dekabrında 11 aylıq müddət başa çatıb və Nazirlər Kabineti həmin müddəti iki ay artırıb. Artıq bu ilin yanvar və fevral ayları üçün 98 ailəyə kirayə haqları ödənilib.

Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzi sürüşmə ərazisindəki evlərin sökülməsi, 98 ailəyə müvafiq kompensasiya ödənilərək köçürülməsini tövsiyə edib. Yapon mütəxəssislər də eyni tövsiyəni veriblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar