Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Evi olan "evsizlər" - Milli Şuranın "saxta qəhrəmanları"  - Video

Milli Şuranın keçirtdiyi piketdə çıxış edən saxta evsizlər...

Bu, Yaşar Cəfərovdur. O, Zəngilan rayonundan məcburi köçkündür. Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin binası ətrafında keçirdiyi piketdə evsizlikdən, yataqxanada çürüməsindən şikayətlənirdi.

PİA.az bildirir ki, REAL TV Yaşar Cəfərovun problemi ilə maraqlanmağa çalışıb.

Araşdırmamız nəticəsində məlum oldu ki, Yaşar Cəfərov AMEA-nın Kimya İnstitunda bağban, həyat yoldaşı Kifayət isə BDU-da xadimə işləyir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Yaşar Cəfərova Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən yaşayış massivindən ikiotaqlı mənzil verilib - 6-cı binanın 5-ci mənzilində yaşayır. Yaşar Cəfərovun oğluna da eyni massivdən mənzil verilib.

Yaşar Cəfərovun özü ilə də danışdıq və aqressiv cavabla rastlaşdıq.

Göründüyü kimi, Yaşar Cəfərovun piketdə internet kanallarının kameraları qarşısındakı çıxışı, özünü məhrumiyyətlər içində təqdim etməsi həqiqət deyil. Yaşar Cəfərovun özü də tək deyil. Belə aksiyalarda çıxış edənlərin böyük əksəriyyətinin danışdıqları həqiqət deyil, sosial şəbəkə qəhrəmanına çevrilmək cəhdidir.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Milli Şura piket

Şərh yazın.

loading...

Ən çox oxunanalar