Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evdə qalaq – Sabaha ümidi olmayanlara da ümid olaq

Azı verməkdən utanmayın, sizin az bildiyiniz başqalarının bir günlük qayğısıdır...

Ülkər İsmayılqızı yazır...

“Evdə Qalın” – bu ifadə çoxlarının kabusuna çevrilib. Maraqlıdır niyə? Insanın öz evində qalması bu qədərmi dözülməz birşeydi?

Əlbəttə yox...Sadəcə çoxumuzun yaşam tərzi alt-üst olub. Amma bu da faciə deyil...yaşaya bildiyiniz bir evimiz olduğu üçün şükr etməliyik məncə. Çünki, bəzilərimiz hansısa bir əyləncələrindən, dost danışdan uzaq düşməyin dərdini çəkirsə, minlərlə ailələr var ki, işl yerlərinin bağlı olduğu indiki günlərdə gündəlik çörək pulunun, aylıq kirayə pulunun dərdini çəkir.

Övladının bir nahar doyuzdura bildiyi üçün şükr edib sabahının dərdini çəkənlər var. Deyə bilərsiniz ki, dövlət proqramları var əhaliyə sosial yardım ediləcək.Tamam, ediləcək, bəs bu hərkəsə şamil ediləcəkmi? Axı bu ölkədə qeyri-rəsmi işləyən on minlərlə insan da var... O insanların Allahdan başqa ümid yerləri varmı?

Həə bax sözümün “mustafası” bax elə burdadı. O insanlar dövlətin sosial yardımlarından istifadə edə bilməyəcəklər. Onlara yardınm edilməyəcək və o insanları fikirləşəndə dəhşətə gəlmək olur ki, nə qədər sıxıntı içərisinə qalan ailələr var.

Yaxşı bəs biz hansı gün üçün gücümüzün birlikdə olduğunu sübut etməliyik? Bu gün o gündü əzizlərim. “Gücümüz birlikdədir” - deməklə hər şey həll olmur axı...

Bu karantin rejimi günlərini savab etmək üçün özümüzə fürsət bilək. İmkan daxilində imkansız ailələrə kömək edək. Vallah inanın ki, etdiyiniz ən kiçik köməyə belə ehtiyaclı olan ailələr var. İnanın hər birimizin çevrəsində bu cür ehtiyaclı ailələr var. İnsan yaxşılıq etdikcə, əl tutduqca həyat daha gözəl olur. Məna tapmadığın həyat kiməsə yardım etdiyin zaman anlam qazanır. Qonşusu ac ikən tox olanlardan olmayaq.

Xeyir iş görməkdə yarışaq bir-birimizlə bir zəncir yaradaq. O zəncir o qədər böyüsün ki, əsl sahib olduğumuz gücü aşkara çıxara bilsin. Güclü cəmiyyət məhz belə olur, birlikdə olmaq da...

Bu epidemiya da bitəcək, hər şey öz axarına düşəcək. Yenə hər gün tezdən durub avtobusla işə getmək, metroda basabasda tək ayaq üstdə yol getmək, ağız büzə-büzə qonaq qarşılamaq, deyinə- deyinə alış-verişə getmək kimi adi günlərimizə dönəcəyik. Amma o adi günlərə dönmək ümidində olmayanlar da var. Onlara ümid olaq.

Azı verməkdən utanmayın, sizin az bildiyiniz başqalarının bir günlük qayğısıdır.

Evdə qalıb bir-birimizin əlini tutaq. Sevgiylə, xeyirxahlıqla, insanlıqla tutaq...

Ülkər İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xocalı qatillərinin cəzalanacağına ümid varmı?..

Həkim-qazi Mahir Layışovun müharibə xatirələri: "Məni morqa yerləşdirmişdilər"

Evdə qalaq – Sabaha ümidi olmayanlara da ümid olaq

Ən çox oxunanalar