Cümə axşamı, 16 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Evdə oturmaq təcrübəsini kənara atmaq lazımdır” - Professordan karantin qaydalarına etiraz

Adil Qeybulla: “Yaxın günlərdə yoluxma sayı daha da artacaq”... 

Bizi Telegramda izləyin. Xəbərlər birbaşa smartfonunuza gəlsin - https://t.me/poliqonPia

“İnsanlar maska taxmayıb gəzirsə, iki günlük evdə oturmaqla məsələ bitmir. Çünki iki gündən sonra insanlar yenə bayıra çıxacaqlar və eyni şey olacaq”.

Bu sözləri professor, tibb elmləri doktoru Adil Qeybulla ölkədə sabahdan tətbiq edilən sərt karantin rejiminin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, sabahdan hökümət virusun yayılmasının qarşısının alınması üçün ən aərt karantin rejimi edəcək. İki günlük sərt karantin rejimi virusun yayılmasına ciddi təsir göstərə bilərmi və iş günlərində ictimai nəqliyyatda sıxlığın olması faktiki olaraq həmin iki günün effektini yox etməyəcəkmi? Çində olduğu kimi bir müddət ən sərt karantin tətbiq edilməsimdaha doğru olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Əgər insanlar adekvat davranış nümayiş etdirsələr, sosial məsafə gözləsələr, maska taxsalar virusun yaşamağa və yayılmağa imkanı olmayacaq”.

Çindəki karantin rejiminin dünyadakı heç bir ölkənin tətbiq edə bilmədiyini vurğulayan professor bildirib ki, Çin karantinə Azərbaycanın dövlət büdcəsindən 10 dəfə çox vəsait sərf etdi. Çinlə Azərbaycanı müqayisə etmək olmaz:

“Əslində iki günlük qoyulan qadağa sərt karantin rejimi deyil. Sadəcə olaraq qoyulan qadağalar bir az ağırlaşdırıldı. Amma bu tədbirlər o qədər də effekt verməyəcək. Çünki ən əsas karantin davranışlarıdır. Əhali bir-biri ilə sosial məsafə gözləməlidirlər, maska taxmalıdırlar, dizenfeksiya tədbirlərinə əməl etməlidirlər və s. Bunları əsas qaydaya salmaq lazımdır. Yəni insanlar maska taxmayıb gəzirsə, iki günlük evdə oturmaqla məsələ bitmir. Çünki iki gündən sonra insanlar yenə bayıra çıxacaqlar və eyni şey olacaq.

Birinci növbədə sosial həyatın bundan sonrakı genişlənməsinə fikir vermək lazımdır. Evdə oturmaq təcrübəsini kənara atmaq lazımdır. Əgər insanlar adekvat davranış nümayiş etdirsələr, sosial məsafə gözləsələr, maska taxsalar virusun yaşamağa və yayılmağa imkanı olmayacaq. Təcrübə göstərir ki, qalan tədbirlər o qədər də önəmli deyil.

Adil Qeybulla: “Sərhədlər bağlı olduğu üçün insanların virusu rayonlara yaymaq təhlükəsi böyükdür”.

Çindəki karantin rejiminin dünyadakı heç bir ölkə tətbiq edə bilməz. Çin karantinə Azərbaycanın dövlət büdcəsindən 10 dəfə çox vəsait sərf etdi. Çinlə Azərbaycanı müqayisə etmək olmaz. Həm də Çində sərt qaydalar həyata keçirdilər və nəticəsi də oldu. Azərbaycanda bunu etmək imkanı yoxdur. Həmçinin camaat sabah rayonlara gedəcəm. Sərhədlər bağlı olduğu üçün də insanların virusu rayonlara yaymaq təhlükəsi böyükdür.

Yaxın günlərdə yoluxma sayı daha da artacaq. Belə şəraitdə əsas məsələ insanların karantin davranışlarına riayət etməsidir. Yəni dünyanın düşüncəsi də budur. Tədbirləri vaxtında görülməli idi, amma hər ölkə bu tədbirləri görə bilmədi. Çünki buna böyük vəsait lazımdır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Karantin


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

DTX-nın saxladığı Rəhim Qazıyevlə bağlı qərar verildi

Elmar Məmmədyarovun Prezidentin tənqidləri haqda suala cavabı: “Soruşmağa mövzu yoxdur?”

“Bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir?” – Səfər Əbiyev

Dünənki aksiyada “Qarabağ” - deyə qışqıran polkovnik, nazir oğlu - Video / Foto

Məmmədyarov vəzifəsindən azad olundu! - Yeni XİN başçısının adı məlum oldu

“Laba”dan Ramiz Mehdiyevlə bağlı sensasion açıqlamalar: “O rüsvayçı görüntülərindən sonra...”

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? – “Dünənki nümayiş olmasaydı...”

Tovuz hadisələrində Paşinyanın oğlunun barmağı… – Rusiya KİV-dən maraqlı təhlil

Ermənilər Tovuzun kəndlərini yenə atəşə tutub

“Generalın qisası alındı” – İlham Əliyev

Azərbaycanın yeni Xarici İşlər naziri bu şəxs olacaq – Ad açıqlandı - Foto

loading...

Ən çox oxunanalar