Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evdə müalicə olunan koronavirus xəstələri ilə bağlı çağırış

“Hazırda ölkədə ailədaxili koronavirusa yoluxmalar çoxalıb”.

Bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ev şəraitində müalicə olunan çoxsaylı insanlar var:

“Həmin xəstə infeksiya mənbəyidir. Əgər xəstə özünü təcrid etməsə, ailənin digər üzvlərində də yoluxma artır. Bu, tez-tez müşahidə edilir. Ona görə həmin xəstə özünü təcrid etməli, eyni zamanda, evdə olan digər şəxslər də özünü qorumalıdır.

Təəssüf ki, əhalimiz xəstəlik haqqında kifayət qədər məlumatlı deyil. Bir şəxs soyuqlama olanda dərhal xəstəxanaya müraciət edir, ağciyərləri rentgen və ya KT müayinəsindən çıxır. Heç bir xəstəlik olmayanda rahat gəzməyə başlayır.

Ağciyərlərin zədələnməsi yalnız ağırlaşma hallarında olur. Xəstəliyin başlanğıcı, ortasında və ya sonunda bu aşkarlanmır. Xəstəliyin diaqnozu üçün PZR test etdirməlidir”, - deyə o qeyd edib.

O bildirib ki, ictimai nəqliyyatda, avtobuslarda sıxlıq müşahidə olunur:

“Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə etməyək və evdən çıxmayaq”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar