Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evangelistlərin “Böyük İsrail” xəyalı: Trampın işğal planının arxasında nələr var?

Pərdə arxasında baş verən hadisələri bilənlər Trampın Qüdsü İsrailin paytaxtı elan etməsini “evangelistlər və sionistlər Tanrını qiyamətə sürükləyir”, deyərək qiymətləndiriblər...

Bülent Erandaç

“Takvim” qəzeti, Türkiyə 10 fevral 2020-ci il

ABŞ prezidenti Donald Trampın “əsrin müqaviləsi” adlandırdığı, lakin əslində, əsrin qara ləkəsi olan plan evangelistlər tərəfindən idarə olunan MKİ-nin və Pentaqonun layihəsidir. Həmçinin, İsraildə və ABŞ-dakı yəhudi lobbisinin ortaq işinin nəticəsidir. Bu, 1948-ci ildən başlayaraq İsrailin İslam dünyasını məhvə sürükləməsinin davamıdır. Pərdə arxasında baş verən hadisələri bilənlər Trampın Qüdsü İsrailin paytaxtı elan etməsini “evangelistlər və sionistlər Tanrını qiyamətə sürükləyir”, deyərək qiymətləndiriblər. Tramp, MKİ-nin, Pentaqonun və ABŞ-ın silah və neft baronlarıın düşüncələri heç vaxt unudulmamalıdır. Çünki arxa planda hər zaman teologiya var.

İsrailin sərhədi hardadır?

Prezident Teyyub Ərdoğanın BMT-dəki tarixi çıxışı zamanı (29 sentyabr 2019-cu il) “İsrailin sərhədi haradadır”, sualına İsrail işğalı barədə danışaraq verdiyi cavabı xatırlayaq: “Mən sualımı BMT kürsüsündən yönəldirəm: İsrail dövlətinin sərhədləri hardadır? 1948-ci ilin, yoxsa 1967-ci ilin sərhədləri etibarlıdır? Yoxsa başqa bir sərhəd də var?”, deyən Ərdoğan İsrailin 1948-ci ildən sonra Fələstini addım-addım içinə çəkən və Qolan təpələrinə qədər uzanan işğal xəritəsini göstərmişdi.

Armageddon xülyası

ABŞ-ın dərinliklərində evangelistlər İsrailin dərinliklərində isə sionistlər birlikdə addımlayırlar. Çünki ikisi də əhdlərə inanır. Tramp aylar sonra Fələstin torpaqlarını işğal edən planını açıqlayıb. Çox maraqlıdır ki, evangelist-sionistlə­rin seçdikləri yer Fəratın şərqində və Dəclənin qərbində yerləşir. Amerikanın PYD ilə birlikdə tutmağa çalışdığı yer isə Hataya qədər uzanan Suriyadır. Bura guya Nildən Fərata qədər vəd edilmiş torpaqlar imiş. Məqsədləri isə bəllidir: İraqda və Suriyada “Böyük İsrail”, inşa etmək. Bunun əsasında da teologiya durur.

Evangelistlərin inandığı 7 mərhələ var. Onların fikrincə, bəşəriyyətin taleyi ilahi bir ssenari ilə öncədən müəyyənləşdirilib və yəhudilər, hər kəs kimi bu kosmik teatrda onlar üçün müəyyən edilmiş (Böyük İsraili qurmaq) rolu oynayırlar. Evangelistlərin yaranacağına inandığı 7 mərhələ belədir:

1. Yəhudilərin Fələstinə geri qayıtması.
Vəd edilmiş torpaqların sərhədləri Nil deltasından Fəratın şərqindəki torpaqlara qədər uzanır.

2. Böyük İsrailin qurulması. (Qüdsü paytaxt elan etmək, Məscid Əqsanı dağıtmaq və Süleyman məbədini üzə çıxarmaq, Nildən Fərata qədər uzanan torpaqlara sahib olmaq)

3. Dünya xalqlarına İncilin bir “müjdə” kimi təbliğ edilməsi. Missionerlik fəaliyyəti də məhz bununla əlaqədardır.

4. 7 il davam edəcək fəlakət dövrü.
Gərginlik və ya xaos kimi də adlandırılan bu dövrdə İsrail Yəcuc və Məcuc orduları tərəfindən işğal ediləcək və ABŞ-la İngiltərə İsrailin köməyinə gələcəklər.

5. İsanın ikinci gəlişi.

6. Armageddon döyüşü.

7. Qiyamət olan kimi İncilə və İsa Məsihə iman gətirənlərin cənnətə yüksəlməsi. 

BYŞP planı, NATO konsepsiyası və bölgədəki işğallar evangelist sionistlərin yol xəritəsidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İsrail Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar