Bazar, 11 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Euronews” Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb - Video

"Euronews" telekanalı Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb.

APA həmin reportajı təqdim edir.

"Azərbaycan çox sayda müxtəlif etnik qrupların vətəni olub. Belə qruplardan biri də yüz illər əvvəl İrandan Qafqaz dağlarına köç edən Yəhudi xalqının nəslindən olan Dağ Yəhudiləridir.

Krasnaya Sloboda (Qırmızı Qəsəbə - red.) Böyük Qafqazın şərq yamaclarında yerləşən Quba şəhərində bir Yəhudi qəsəbəsidir. Özünəməxsus memarlıq üslubu ilə digər Azərbaycan yaşayış məntəqələrindən seçilir. Orada yaşayan insanlar çoxəsrlik ənənələrini hörmət edir və onu qoruyur.

Dağ Yəhudiləri Muzeyi bu özünəməxsus icmanın ənənələrinə və mədəniyyətinə işıq tutaraq gələcək nəsillərə ötürülməsinin təhlükəsizliyini təmin etmək üçün keçən il açılıb.

İqor Şaulov muzeyin direktorudur. "Dağ Yəhudilərinin Tarixi Muzeyi dünyada yeganədir. Bu muzeydə sənədlər, daxili istifadə olunan əşyalar və artifaktlar saxlanılır. Bu muzey Dağ Yəhudilərinin tarixinə, mədəniyyətinə, keçmişinə və bu gününə həsr olunur. Bu Yəhudi və Azərbaycan xalqları arasında qarşılqlı əlaqəni və hörmətin yüksək dərəcədə olduğunun göstərir", muzey direktoru dedi.

Krasnaya Slobodanın İsrail və ABŞ xaricində üç min yarım əhalisi olan dünyanın yeganə Yəhudi şəhəri olduğuna inanılır.

İcmada iki aktiv sinaqoq və bir Yeşiva (məktəb) var ki, bu məktəbdə uşaqlar Tövrat oxuyur, İvrid dilini və dağ yəhudilərinin adətlərini öyrənir. Bu iki sinaqoqdan biri icmada "şeşkombara" adlanır ki, bu da Dağ Yəhudilərinin milli dili Yuhuri dilindədir.  Bunun mənası altıgümbəzli sinaqoq deməkdir. 

Naum Niftalıyev muzeydə bələdçidir. O bildirdi ki, "şeşkombara" 1888-ci ildə tikilib, lakin çox təəssüf ki, Sovet dövründə bura xalçatoxuma fabriki kimi istifadə olunub, çünki din qadağan edilmişdi. SSRİ dağıldıqdan sonra bu sinaqoq renovasiya edildi və yenidən sinaqoq kimi fəaliyyət göstərir".

1990-cı illər bir çox gənclər üçün çətin illər oldu. Əksəriyyət Sovet İttifaqı dağıldıqdan sonra iş axtarmaq üçün öz icmasını tərk etməyə məcbur qaldı.

Ancaq indi qismən Pravoslav Yəhudi təbliğ qrupları sayəsində gənclər yerli sinaqoqda dua edə bilir, Yeşivaya qeydiyyatdan keçir.

Azərbaycanda əsas din İslam olduğu halda, Yəhudilik və digər inanclara  da insanlar etiqad edir.

Yerli İslam Alimi Həmdulla Denyarov bizə dedi ki, uzun əsrlər boyu yəhudilər və müsəlmanlar Qubada birlikdə yaşayıblar: “Bütün dünyada belə bir qonşuluq əsas götürülərsə, çox yaxşı olardı".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib

Erməni deputat:"Mən Polad Həşimov küçəsində yaşayıram..." - Foto

1.1 milyard manatı Azərbaycandan kim və necə çıxarıb? - MB və DGK hara baxır?

Ən çox oxunanalar