Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: Sudan istifadədə israfçılığa yol verilir

"Azərbaycanda yerüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyatları isə təqribən 9 milyard kubmetrdir"...

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. Onun sözlərinə görə, bu suların təxminən 12,8 milyard kubmetri istifadə olunur: "Suvarmada, su təchizatında və sənayedə su itkiləri var. İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəmizə çirklənmiş halda daxil olur. Lakin su ehtiyatımızın çox hissəsinin kənardan daxil olmasına baxmayaraq, istifadə zamanı israfçılığa yol verilir, sudan səmərəli istifadə edilmir".

Şöbə müdiri bildirib ki, qanunvericiliyə əsasən, sudan səmərəli istifadə edilməli və onun uçotu aparılmalıdır: "Bir çox amillər var ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır, xüsusən əkin sahələrinin suvarılmasında israfçılığa yol verilir. Qənaətcil damcılı suvarma sistemlərindən istifadə edilmir. Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur". O qeyd edib ki, içməli suyun ən çox istifadə edildiyi Bakı şəhərinə uzaq məsafələrdən su gətirilir, bu da o deməkdir ki, BakıAbşeron yarımadasının özünün içməli su ehtiyatı yoxdur: "Buna baxmayaraq, hazırda paytaxtda sudan səmərəli istifadə edilmir. İstifadə olunmuş, çirklənmiş sular təmizlənərək texniki su kimi istifadə olunmaq əvəzinə çirkli halda çaylara və dənizə axıdılır. Bu amillər ETSN-i narahat edir. Narahatedici məqam odur ki, üstəlik təbii su mənbələrimiz çirkləndirilir, ekosistemə mənfi təsirlər göstərilir. Yəni tullantı suları məişətdə, sənayedə və digər xidmət sahələrində yaranır. Bu da bilavasitə çirklənməyə səbəb olan amillərdir". M.Əbdülhəsənov deyib ki, tullantı sularının təmizləyici qurğularda tam təmizlənməməsi dənizin və çayların çirklənməsinə gətirib çıxarır: "Əsas məqsəd odur ki, həmin sular təmizlənsin, təmizləndikdən sonra təkrar istifadə edilsin. Bu sulardan yaşıllıqların suvarılmasında və s. məqsədlərlə istifadə etmək mümkündür". O qlobal iqlim dəyişikliklərinin təzahürlərinin Azərbaycanda su ehtiyatlarına da təsirsiz ötüşmədiyini vurğulayıb: "Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması bu təzahürlərdən biridir. Bütün ölkələr iqlim dəyişiklikləri təzahürlərinə qarşı tədbirlər görür. Azərbaycanda da araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılıb. İqlim dəyişmələrinin şirin su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikilir. Son zamanlar inşa edilmiş Taxtakörpü, Tovuzçay, Şəmkirçay su anbarları iqlim dəyişmələrindən yaranan fəsadların yumşaldılmasına yönəlib. Yağıntının olmaması səbəbindən Kür çayında da son zamanlar suyun azalması qeydə alınır. Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir".

pia.az


Etiket: ETSN su


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar