Şənbə, 19 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ETSN: Qazlaşdırılmamış ucqar dağ kəndləri üçün oduncaq tədarükü davam edir

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov danışıb

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov APA-ya bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzləri artıq hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir. Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən indidən Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göy-Göl Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edir.

Bu işdə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi və dəstəyi də zəruridir, oduna ehtiyacı olanların onlar tərəfindən dəqiq olaraq müəyyənləşdirilməsi çox vacibdir.

Odun yanacağı əldə etmək istəyən vətəndaşlar müraciət, təklif və şikayətlə bağlı ETSN tərəfindən müəyyən edilmiş 050-375-40-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

pia.az

 


Etiket: ETSN odun

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ərəb Şeyxi ilə Zeynəbin arasındakı problemin səbəbi açıqlandı

İntihar edən Naidə İsayevanın atası və qardaşı danışdı

Tofiq Yaqublu qızının məzarını ziyarət etdi - Foto

Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi - Fotofakt

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə bəd xəbər

Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər

“Tofiq Yaqublu və mənsub olduğu düşərgə özlərində güc tapıb, əgər bacara bilərlərsə...” - Qüdrət Həsənquliyev

loading...

Ən çox oxunanalar