Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: "Cırdaxan meşəbəyliyində yanğın söndürülüb"

ETSN vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı olsunlar

İyulun 13-ü axşam saatlarında Yevlax rayonunun Cırdaxan meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.

ETSN-nin mətbuat xidmətindən  verilən məlumata görə, ilkin hesablamalara görə 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.

Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.

ETSN vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər.

pia.az


Etiket: ETSN yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar